Mətbuat xidməti: “Azərbaycan prezidentinin Cəmiloğlu və Çubarovla görüşü olmayıb”

Ilham-Eliyev-34

Aprelin 14-də bəzi media orqanlarında İstanbulda Azərbaycan prezidenti İlham Əliyevin Krım tatarlarının liderləri Mustafa Cəmiloğlu və Refat Çubarovla görüşü olması barədə məlumat yayılıb.

Məlumata münasibət bildirən Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov APA-ya açıqlamasında deyib: “Bəli, bu gün İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının sessiyasında fasilə zamanı Azərbaycan prezidenti çay içərkən Cəmiloğlu və Çubarov prezidentə yaxınlaşaraq özlərini təqdim ediblər. Beləliklə, bunu hər hansı görüş adlandırmaq olmaz”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button