Rubrikalar: GÜNDƏM MANŞET XuralTAC

M.Ə.Rəsulzadə gəmisi Əhməd Mahmudov gəmisi imiş-ŞOK

“Palmali” şirkərlər qrupuna aid “Məmməd Əmin Rəsulzadə” gəmisi Türkiyədə Liberiya bayraqlı “Doric Warior” gəmisi ilə toqquşub.

Musavat.com-un məlumatına görə, hadisə Ahırkapı Dəmir bölgəsində meydana gəlib. İki gəminin toqquşmasından sonra “Məmməd Əmin Rəsulzadə” gəmisinin kapıtanı “batırıq” deyə kömək çağırıb. Hadisə yerinə Sahil Güvənlik Xidmətinə aid 3 açıq dəniz qayığı və 3 xilasedici qayıq göndərilib.

“Palmali” şirkərlər qrupunun prezidenti Mübariz Mənsimov 6 ay öncə açıqlama verərək yeni inşa edilən gəmilərə Məhəmməd Əmin Rəsulzadənin və Elçibəyin adının veriləcəyini bildirmişdi. Sonra isə bu gəminin 1998-ci ildə inşa olunan “ADRİATİC MARİNER” adlı tanker olduğu üzə çıxmış, Ukraynada yanacaq qaçaqmalçılığı ilə istintaq açılan 21 yaşlı bu köhnə gəmiyə Məhəmməd Əmin Rəsulzadənin adının verilməsi sərt reaksiyalara səbəb olmuşdu. Hazırda batma təhlükəsində olan gəmi keçən həftə xüsusi törənlə açıq dənizdə səfərə çıxmışdı.

Virtualaz.org saytı isə yazır ki, tanker “…əvvəllər rüsvay olmuş keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası – Əhməd Mahmudovun şərəfinə onun adını daşımışdı. Mahmudovun xüsusi xidmət orqanlarındakı mütəşəkkil cinayətkar qrupu ifşa edildikdən sonra Mənsimov 6 min 600 ton ağırlığı olan gəmisini tələsik ADRİATİK MARİNER-ə çevirdi.

Türk jurnalistlər şərhlərində təəssüflə etiraf edirdilər: ““Palmali Dənizçilik” şirkətinin rəhbəri Mübariz Mənsimovun azərbaycanlıların səmimiyyətindən və milli hisslərindən sui-istifadə etməsi, parkındakı 21 illik köhnə gəmini yeni kimi qələmə verməsi, heç bir şərhə sığmır”.

Gəminin özəllikləri:

Adı: Məmməd Əmin Rəsulzadə
IMO: 9175157
MMSI: 636019495
Çağrı İşarəti: D5UU2
Bayraq: Liberiya [LR]
Tonaj (GRT): 4606
Tam Boy x Tam Genişlik: 129.3m × 16.5m
İnşa edilmə tarixi: 1998

Qeyd edək ki, “Mammad Amin Resulzade” adlı gəminin məxsus olduğu “Palmalı” şirkətinin rəhbəri Mübariz Mənsimov baş vermiş insidentlə bağlı İnstagram sosial şəbəkəsində açıqlama verərək, Liberiya bayraqlı “Doric Warrior” gəmisinin “Rəsulzadə” gəmisini dayandığı yerdə vurduğunu, hər şeyin normal olduğunu və təhlükəli vəziyyətin olmadığını yazıb. Mənsimov hadisə ilə bağlı dərhal sevincək xəbər yazan saytları qınayıb və Azərbaycanda yüksək vəzifələr tutan bəzi rəsmi şəxslərini nəzərdə tutaraq onların ünvanına ittihamlar səsləndirib.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

“Real Cümhuriyyətçilər İttifaqı” yaradılıb

ReAL Partiyası seçkilərdə blok şəklində iştirak edəcək ReAL Partiyası 9 fevral növbədənkənar parlament seçkilərində blok şəklində iştirak edəcək. Bu barədə…

12 Dekabr 2019
  • DÜNYA
  • XuralTAC

İsveçrədə qadın prezident seçildi

İsveçrənin Ətraf mühit, nəqliyyat, energetika və rabitə naziri Simonetta Sommaruqa ölkənin prezidenti seçilib. Virtualaz.org “TASS” agentliyinə istinadən xəbər verir ki, Federal…

12 Dekabr 2019
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini vəzifəsinə təyinat olub. APA-nın məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı…

12 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Sərdar Cəlaloğlu “Siyasət meydanı”nda: ““Uşaqpulu”, yoxsa millətin soyqırımı?”-VİDEO

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 11 dekabr 2019-cu il, saat 17:00-da canlı yayında Xural TV-nin təsisçisi və baş redaktoru…

12 Dekabr 2019
  • ARAŞDIRMA
  • XuralTAC

Senator Türkiyəyə qarşı “ağır sanksiya”nın ipuclarını verdi

Türkiyə ilə ABŞ arasında S-400-lərlə bağlı gərginlik artıb. Strateq.az xarici mətbuata istinadla bildirir ki, “Voice of America”nın suallarına cavab verən ABŞ Senatının…

12 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Heydər Əliyevin vəfatından 16 il keçir…

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 16 il keçir. Xural.com strateq.az-a istinadən xəbər verir ki, Heydər Əlirza…

12 Dekabr 2019
Xural.COM