Macarıstan prezidenti Vilayət Quliyevi təltif etdi – Komandor ordeni ilə

Macarıstan Prezidenti Yanoş Aderin imzaladığı fərmanla Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev yüksək hökumət mükafatı – “Xidmətlərə görə” ordeninin komandor dərəcəsi ilə (II dərəcə) təltif edilib.
Xural.com AzərTac-a istinadən xəbər verir ki, bu barədə məlumat rəsmi hökumət bülletenində dərc olunub.
Səfir bu mükafata Macarıstan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafındakı səmərəli fəaliyyətinə görə layiq görülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button