Mafiya başçısı qadın paltarında həbsxanadan qaçmaq istədi–FOTO

Hondurasda 55 yaşlı Fransisko Herrera Arqueta qadın paltarında həbsxanadan qaçmağa çalışıb.

Xural.com-un “BBC”yə istinadən məlumatına görə, o, ailələrin məhkumları ziyarətə gəldiyi gündə uzun bir ətək, sarı parik, günəş gözlüyü və saxta sinə ilə qadın qılığına girib.

Arqueta makiyaj edib, hətta dırnaqlarına boya da sürtüb. Lakin o, mühafizəçilər tərəfindən şübhəli qarşılanaraq saxlanılıb. Bir mühafizəçi ondan gözlüyünü çıxartmasını istəyib. Onlar Arquetanın qəribə yeridiyini və səsinin də kişi kimi çıxdığını hiss ediblər.

Bir mafyanın lideri olan və “Don Chico” ləqəbi ilə tanınan Arqueta 2015-ci ilin sentyabrında həbs edilib. O, qaçmağa xəhd etdiyi üçün daha ağır cəza ilə üzləşəcək və ölkənin ən təhlükəli həbsxanalardan olan “El Pozo”ya transfer olunacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button