Mahir Mehdidən koronavirus şeiri: “Küçələr tətilə çıxıb…”

…Çöldəki deyil,
hər kəsin
içində var gizli qat.
Şəhər duasız monastır,
qarğalar suçlu abbat…

Küçələr tətilə çıxıb,
dincəlir
səhərimiz.
Avtobus sükut tıxacı,
boş gedir yerlərimiz.

Keçir dizindən
sürücü,
söz verə – verə qaza.
Boşluğum qalxıb
yer verir
səsi maskalı qıza…

Yaşayır öz yoxluğunu,
burdaca çıxır ili.
Kiminsə
ən köhnə eşqi
ona yeni sevgili.

Salıb itirir bir nəfər,
bu qızı
tapır hamı.
İtirilən sayda imiş
tapılanın anlamı.

… Enir fikri
duracaqda
kədərə minə – minə.
Özündən də düşür
bu qız,
hamının əvəzinə…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button