Mahmud Əhmədinecad Twitterə gəldi

İranda sosial şəbəkələrin blok edilməsinin fəal iştirakısı olmasına baxmayaraq, dövlətin eks-prezidenti Mahmud Əhmədinecad Twitter sosial şəbəkəsində öz akkauntunu açıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə The Guardian məlumayt verir.

Siyasətçi öz ilk tvitini ingilis dilində yazıb, daha sonra isə bu akkauntun həqiqiliyini təsdiqləyən video yerləşdirib.

O, qeyddə insanları onun akkauntunu -@Ahmadinejad1956 oxumağa səsləyib.

Öz akkauntunun təsvirində o qeyd edib ki, “o, ər, ata, baba, universitetdə professor, prezident, mer, İranın məğrur vətəndaşıdır”.

Sosial şəbəkə istifadəçiləri cəld Əhmədinecada xatırladıblar ki, məhz onun yenidən prezident seçilməsinə etirazlara görə 2009-cu ildə İran ərazisində Twitter blok edilmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button