Mahmud Kərimov Məleykə Abbaszadəyə qarşı çıxdı

Mahmud Kərimov

Elm xadimləri testlə seçilə bilməz

 Azərbaycanda doktoranturaya qəbul imtahanları yalnız Azərbaycan Milli Elmər Akademiyası tərəfindən aparılmalıdır və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) ötürülməyəcək. Bunu Trend-ə AMEA prezidenti Mahmud Kərimov doktoranturaya qəbulun TQDK tərəfindən təşkil edilməsi təklifinə münasibət bildirərkən deyib. “Şəxsin dil bilikləri, kompüter bilikləri testlə müəyyənləşdirilə bilər. Lakin elm xadimləri testlə seçilə bilməz”, – o deyib.

Kərimov hesab edir ki, doktoranturaya qəbul yalnız ikilikdə müsahibə ilə aparıla bilər.

“Hətta məsələ qaldırılsa ki qəbul imtahanlarını TQDK keçirsin, biz qəti şəkildə etiraz edəcəyik”, – AMEA prezidenti bildirib. Hazırda Azərbaycanda orta ixtisas, ali məktəblərə tələbə və rezidenturaya mütəxəssis qəbulunu, həmçinin bir çox dövlət orqanlarına işə qəbulu TQDK həyata keçirir. Bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə olaraq keçirilir. Elmlər doktoru proqramı üzrə sənəd qəbulu ilin sonunadək davam edəcək.

Azərbaycan Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunacaqlar.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Mən Gəncə şəhər 27 saylı məktəb-liseyin 9 sinif rus bölməsinin şagirdi Həsənli Fəridə Fərhad qızı,sizə 3 iyun 2012-ci il tarixində keçirilmiş buraxılış imtahanına görə müraciət etmək istəyirəm.İmtahanın şərtlərinə əsasən,iş dəftərində sualın həlli göstərilməsə hesab olunmayacaq.Bunu nəzərə alaraq riyaziyyat fənnindən bir neçə sualı məntiqi və təxmini həll etdiyim üçün qeyd etmədim.Hətta, bəzi suallarda sizin internetə verdiklərinizlə uyğunluq olmadığı üçün çətinlik çəkdim.Riyaziyyat fənnindən yazdığım 23 sualdan 21 düzgün cavab vermiş,inşaya da vaxt ayırmışam.9 sinfə qədər öz biliyi ilə oxuyan bir əlaçı kimi sizdən xahiş edirəm ki,mənim 21 sualımı attestatımda 5 qiymətilə qiymətləndirəsiniz.Əvvəlcədən hörmətlə təşəkkürümü bildirirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button