Makron: Fransa Navalnıya kömək etməyə və sığınacaq verməyə hazırdır

Fransa Prezidenti Emmanuel Makron Parisin Aleksey Navalnıya və ailəsinə sığınacaq verərək bütün lazımi köməkliyi göstərməyə hazır olduğunu söyləyib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu o, Almaniya Kansleri Angela Merkel ilə danışıqlardan sonra bəyan edib.

“Biz Aleksey Navalnı və ailəsinə sağlamlıq, sığınacaq və qorunma baxımından lazımi köməkliyi göstərməyə hazırıq. Bu vəziyyətdən çox kədərləndik və narahat olduq”.

Merkel isə Almaniyanın da Navalnıya tibbi yardım göstərməyə hazır olduğunu bildirib: “Fransaya aid olan eyni şey Almaniyaya da aiddir – biz Almaniya xəstəxanalarında da tibbi yardım göstərilməsinə hazırıq”.

Amma onun sözlərinə görə, bunun üçün Rusiyanın müraciət etməsi vacibdir: “Belə bir vəziyyətin necə baş verdiyi təcili aydınlaşdırılmalıdır. Biz bunda israr edəcəyik”.

Xatırladaq ki, müxalif “Gələcəyin Rusiyası” partiyasının lideri Aleksey Navalnı təyyarə ilə Tomskdan Moskvaya uçarkən halı qəfildən pisləşib və təyyarə Omskda təcili eniş edib. Hazırda o, koma vəziyyətindədir və süni tənəffüs aparatına qoşulub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button