Maliyyə Nazirliyinin səlahiyyətləri artırılıb

 

Prezident fərman imzalayıb

Maliyyə Nazirliyinin nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsi sahəsində səlahiyyətləri artırılıb.

Xural.com apa.az-a istinadən bildirir ki,  bu, Azərbaycan prezidenti İlham Əliyevin fevralın 26-da imzaladığı “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən Maliyyə Nazirliyinə müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri kredit təşkilatının aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək səlahiyyəti verilib.Maliyyə Nazirliyinin nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsi sahəsində səlahiyyətləri artırılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button