Manıs Nüşabə yenə polisi söydü

Bu müğənnicik bir müddət bundan əvvəl jurnalistləri də təhqir etmişdi…

Müğənni olduğunu iddia edən Nüşabə Ələsgərli ilə yol polisi arasında qalmaqal baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata əsasən, yol polisi müğənninin əyləşdiyi avtomobili saxladığı üçün o, yol polisini təhqir edib, söyüş söyüb. Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovla əlaqə saxlayan jurnalistlərə qurum rəsmisi faktı təsdiqləyib.

V.Əsədovun sözlərinə görə, “Mercedes-CL”markalı 10 LZ 101 dövlət nömrə nişanlı avtomobil Bakıxanov küçəsindən Ceyhun Hacıbəyli küçəsinə sola dönmə əməliyyatı apararkən işıqforun qırmızı işığından keçib. Buna görə, avtomobil yol patrul müfəttişi tərəfindən saxlanılıb. “Sürücü heç bir sənəd təqdim etməyib. Avtomobilin salonunda olan müğənni Nüşabə Ələsgərli yol polisinə qarşı kobudluq edib, onları təhqir edib. Sürücü isə sürücülük vəsiqəsini təqdim etmədiyinə və yol polisinə tabe olmadığına görə, hadisə yerinə kömək üçün əlavə polis qüvvəsi çağrılıb”.

DYPnin şöbə rəisi ANS PRESS-ə açıqlamasında əlavə polis nəfərlərinin hadisə yerinə gəldiyini görən Nüşabə Ələsgərlinin sakitləşdiyini və avtomobili tərk etdiyini qeyd edib. Sürücü də sənədlərini gətirmək adı ilə maşını hadisə yerində qoyub qaçıb.

Qeyd edək ki, qanunvericiliyin tələbinə uyğun sənədləşdirmə işi aparılır. Faktla bağlı araşdırmaya başlanılıb.

Xatırladaq ki, ictimaiyyətdə dəmdəməki işləri ilə tanınan Nüşabə Ələsgərli üçün bu, birinci hadisə deyil. O, bir müddət bundan əvvəl journalist həmkarlarımızı da təhqir etmiş, onlara “düdük” söyləmişdi. Bu sözlərindən sonra həmkarlarımızdan və polisdən üzr istəyən bu manıs, görünür, lazımi dərs götürməyib. Bu da onun arxasında dayanan polis məmurlarının olmasından irəli gəlir. Bəs kimdir o polis məmuru?

O haqda araşdırmalara başlamışıq…

 

Aybəniz

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button