Mark Toner Rusiyanın İrana qırıcı təyyarələr satmasına açıqlama verdi

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Rusiyanın İrana qırıcı təyyarələr satması ilə bağlı yazılı açıqlama verib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, M.Toner Rusiyanın İrana Sukhoi Su-30SM tipli çoxfunksiyalı qırıcı təyyarələr satacağı təqdirdə, BMT-nin Təhlüksəzilik Şurasının 2231 saylı qərarını pozacağını bildirib.

M.Toner “Su-30SM tipli təyyarələr savaş qırıcı təyyarəsi kateqoriyasına aiddir. Bütün BMT üzvləri və xüsusilə də 2231 saylı maddənin qəbul olunmasında iştirak edən üzvlər, bu razılaşmanı unutmamalıdırlar. Əgər yayılan xəbərlər həqiqəti əks etdirirsə, biz bunu ikili görüşlərdə Rusiyaya və digər BMT Təhlükəsizlik Şurası üzvlərinə bildirəcəyik” – deyə, qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button