Marqvelaşvili Muxtarlıya görə hökuməti günahlandırır

Gürcüstan prezidenti Georgi Marqvelaşvili hesab edir ki, jurnalist Əfqan Muxtarlının itməsi məsələsinə görə ölkənin beynəlxalq  imici zərər çəkir.

Muxtarlının ailəsi və vəkilləri iddia edirlər ki, bir ilə yaxın müddətdə Gürcüstanda yaşayan jurnalisti mayın 29-da Tbilisidə oğurlayıb, cibinə pul atıb Azərbaycana gətiriblər.

“Bir neçə gün əvvəl Tbilisidə adam itib və Bakıda peyda olub. Bütün ictimaiyyət belə hadisənin necə baş verə biləcəyi barədə düşünür. Bu, uşağa sehr göstərmək kimidir”,- deyə prezident bildirib.

“Bu gün ölkəmizin imici ciddi zərbə altındadır. Mən və yüksək vəzifədə olan digər məmurlar böhranlı menecment rejimindəyik. Azərbaycanlı jurnalistə görə Gürcstanın ünvanına həm ölkə daxili, həm də xaricdən səslənən ittihamlara adekvat cavab verilməlidir”, – Marqvelaşvili qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button