Martın 22-dən bu yollar bağlı olacaq

Martın 22-dən bu yollar bağlı olacaq

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri son mərhələyə daxil olur və artıq martın 22-dən etibarən üst lay asfalt qatının çəkilməsinə başlanılacaq.

Bu səbəbdən, üst lay asfaltın döşənilməsi zamanı yarış trekinin tərkib hissəsi olan mərkəzi küçələr aprel ayının sonunadək, müxtəlif tarixlərdə olmaqla avtomobillərin hərəkəti üçün qismən bağlı olacaq.

Qeyd edək ki, təqdim edilmiş bu iş qrafiki hava şəraitindən asılı olaraq dəyişə də bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button