Rubrikalar: CƏMİYYƏT GÜNDƏM XuralTAC

Martın 24-dən teledərslərin yayımı davam edəcək

Martın 24-də “Dərs vaxtı” proqramı çərçivəsində həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən start veriləcək.

Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib.

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 24-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik.

Azərbaycan bölməsi üçün saat 10:00 – Fiziki tərbiyə, 10:20 XI sinif – Kimya, Azərbaycan tarixi, Fizika, Coğrafiya; 11:05 IX sinif – Coğrafiya, Fizika, İngilis dili, Azərbaycan tarixi; 11:50 VIII sinif – Azərbaycan dili, Riyaziyyat, Kimya, Biologiya; 12:30 VII sinif – Azərbaycan tarixi, Riyaziyyat, Coğrafiya, Xarici dil; 13:05 II sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri İncəsənət, 13:40 I sinif – Azərbaycan dili, Riyaziyyat, Xarici dil dərsləri olacaq.

Rus bölməsi üçün 14:30 X sinif – Riyaziyyat, Kimya, Coğrafiya; 15:10 XI sinif – Rus dili, Fizika, Biologiya dərsləri olacaq.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı “Facebook” səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

AŞPA məruzəçiləri əfv fərmanını alqışlayır, bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırırlar

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri  Stefan Sennax (Avstriya) və Rocer Qeyl (Böyük Britaniya), həmçinin Azərbaycanda siyasi məhbuslar üzrə…

10 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

İlk 10 min nəfərə 190 manat ödəndi-Video

İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlandı, artıq 10 min işsizə vəsait ödənib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin…

10 Aprel 2020
  • GÜNDƏM
  • İQTİSADİYYAT
  • XuralTAC

OPEC+ölkələri ortaq qərara gəldilər: neft hasilatı azaldılacaq

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən görüşündə OPEC+ üzrə neft hasilatının gündəlik 10 milyon barel azaldılması barədə razılığa…

10 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

koronavirusla mübarizə üçün tibbi avadanlıq alınmasına 97 milyon manat ayrıldı

Prezident İlham Əliyev "Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin…

10 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Ruslan Əmirov həbs olundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Ruslan Əmirov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin  211-ci maddəsi ilə 30 sutka…

10 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Bu gündən Azərbaycanda karantin rejimi sərtləşdirilir

Azərbaycanda karantin rejimi ilə əlaqədar xüsusi icazələrlə işə gedən insanların dairəsi aprelin 9-dan məhdudlaşdıırlır. Əmək müqaviləsi və xidmət göstərilməsi haqda…

10 Aprel 2020
Xural.COM