Masallı dindarları məhkəməyə gətirilmədilər

images04.07.2013

Şirvan Şəhər Apellyasiya Məhkəməsində 11:15 -ə təyin edilən məhkəmə prosesi təxirə salınıb. Buna səbəb Masallı dindarlarının Şirvan şəhərinə gətirilməməsi olub.

Məhkəmənin qərarına görə, növbəti proses avqustun 1-də saat 10:00 da keçiriləcək.

Xatırladaq ki,ötən proseslərdə də Masallı dindarları məhkəmə zalına gətirilməyib.

Qeyd edək ki, Masallı dindarları və Baş Redaktor Araz Quliyev ötən il sentyabr ayında Masallı rayonunda şərlənərək həbs olublar.Onlar beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutulublar. Jurnalist Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Surac Ağayev 5, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza verilib

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button