Masallıda aclıq aksiyası


28.03.2012

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surətləri: AR-nın İnsan Hüquqları üzrə müvəkkili (OMBUDSMAN) Elmira xanım Süleymanovaya

H. Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya

ATƏT-in Bakı ofisinin rəhbəri cənab Koray Taqaya

Xarici ölkə səfirliklərinə

Avropa Birliyinin Azərbaycan nümayəndəliyinə

AR-nın İnsan Hüquqları təşkilatlarına

Kütləvi İnformasiya Vasitələrinə

Cənab prezident!

Təkrarən məlumat üçün bildiririk ki, masallı Rayon İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayevin rayonda yaratdığı dözülməz vəziyyətə, rayonun abadlıq, quruculuq işlərinə, rayon büdcəsində nəzərdə tutulmuş digər vəsaitlərin mənimsənilərək, həmin vəsaitlərin hesabına öz şəxsi biznesini yaradaraq şəxsi obyektlər inşa etməsinə, torpaq sahələri almasına, rayonun demək olar ki, özünün balıqçılıq biznesi ilə əlaqədar bütün su tutarlarını şəxsi nəzarətinə keçirməsinə, əhalinin örüş sahələrində özünə yeni su tutarları yaratmasına, sahibkarlara qarşı apardığı “səlib yürüşünə”, insan hüquq və azadlıqlarına, xüsusilə yaşamaq, işləmək, mülkiyyət hüquqlarımızın kobud şəkildə pozulmasına, səriştəsiz, yarıtmaz fəaliyyəti ilə və ətrafına yığdığı təcrübəsiz, bəsit düşüncə tərzli kadrlarla əhalini kütləvi surətdə İlham Əliyevin hakimiyyətindən narazı salmasına, ümumuyyətlə özünün kadr siyasətindən tutmuş bütün fəaliyyətini Masallı əhalisinin, hakimiyyətin deyil, öz şəxsi mənafeyi üzərində qurmasına və digər danılmaz faktlara istinad edərək, Azərbaycan Respublikasının Prezidenti İham Əliyev cənablarının ölkə vətəndaşlarına bölgələrdəki qanunsuzluqlar, neqativ halar barədə ölkə rəhbərlərinə məlumat verilməsi çağırışına qoşularaq dövlət orqanlarına etdiyimiz çox saylı müraciətlərə heç bir rəsmi və şifahi cavab verilməməsinə, araşdırılmamasına, ölkə mətbuat klublarında dəfələrlə keçirdiyimiz mətbuat konfranslarında, ölkə mətbuatlarında səslənən fikir və faktlara, Prezident Adminstrasiyasına kütləvi surətdə gedilərək edilən şikaətlərə heç bir məhəl qoyulmamasına, bundan ruhlanan Qəzənfər Ağayevin rayonun inkişafına ayrılan vəsaitləri mənimsəyərək yeni şəxsi obyektlər, torpaq sahələri, su tutarları almasına, bu əməllərini ifşa edən rayon ziyalılarına, ictimaiyyət nümayəndələrinə qarşı təqib, təzyiq, şantaj, izlənmə və həbs etdirmə cəhdlərinə, konstitusiyasiyada təsbit olunmuş hüquqlar hüquqlarımızın sistemli şəkildə pozulmasına etiraz əlaməti olaraq 18 dekabr 2011-ci ildən 22 dekabr 2011-cil il tarixə kimi rayon ziyalılarının və ictimaiyyət nümayəndələrinin 35 nəfəri “hər evdə aclıq” aksiyası keçirtməklə, ölkə rəhbərliyinin və ictimaiyyətin diqqətini bir daha Qəzənfər Ağayevin rayonda yaratdığı bu dözülməz vəziyyətə cəlb etmək üçün cəhd göstərdik.

Eyni zamanda, Masallı Ziyalıları İctimai Birliyinin sədri M. Eynullayevin aclıq aksiyası ərəfəsində evinin heç bir əsas olmadan Qəzənfər Ağayevin göstərişi əsasında rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alınaraq, təzyiq, şantaj olunaraq həbs olunmasına cəhd edilməsi ilə bağlı toplanmış faktları aidiyyatı orqanlara təkrarən təqdim etdiyimizə baxmayaraq heç bir tədbir görülmədi. Əksinə, Daxili İşlər Nazirliyinin, OMBUDSMAN Elmira Süleymanovanın bizə təkrarən yazdıqları cavablar baş vermiş cinayət hadisəsinin ört-basdır edilməsinə və dolayısı ilə haqq qazandırılmasına xidmət edir. Bu gün Qəzənfər Ağayevin cinayət əməllərinə qarşı çıxan hər bir rayon sakinində hər an, hər gün belə hadisələrlə üzləşməyəcəyinə heç bir inamyoxdur.

Cənab Prezident!

Son günlər sizin rayonumuza gəlişinizlə əlaqədar Masallının hər yerində olan çirkabları, xüsusilə də sizin keçəcəyiniz yolların ətrafındakı çirkabların üzərini kosmetik bəzək-düzəklə ört-basdır etməklə, rayon əhalisinin sizinlə görüşdən tam təcrid edilməsi, özünün xüsusi “ştatlı” tərif söyləyənlərini xüsusi hazırlatdığı mətnləri əzbərlətdirməklə rayondakı yarıtmaz fəaliyyətini pərdələmək üçün bütün imkanlarından istifadə edir. Bunlarla yanaşı bu hadisədən yararlanaraq bəzi sahibkarlara şəxsi maraqları çərçivəsində divan tutulmasını da davam etdirir.

Bütün qeyd olunanlarla əlaqədar bir daha sizlərin diqqətini rayonumuzda bu dözülməz, acınacaqlı vəziyyətin aradan qaldırılmasına cəlb etmək məqsədilə 14 mart 2012-ci il tarixdə rayon ziyalıları və ictimaiyyət nümayəndələrinin bir qurupu “Ölüm aclığı” keçirmək barədə qərara gəlmişik.

Aclıq aksiyası keçirdiyimiz ərəfədə başımıza gələcək hər bir hadisənin məsuliyyəti Qəzınfər Ağayevin və ölkə rəhbərliyinin üzərində qalacaqdır.

Cənab Prezident!

Çox hörmətli Mehriban xanım, Elmira xanım, koray Taqay, xarici ölkə səfir cənabları, Avropa Birliyinin nümayəndəliyi, İnzibati orqan rəhbərləri, İnsan hüquqları təşkilatları, Kütləvi İnformasiya Vasitələri, bir daha sizlərdən çox böyük inam və etimad hissləri ilə xahiş edirik dünyada və ölkəmizdə baş verən son hadisələri nəzərə alaraq Qəzənfər Ağayevin bu qanunsuz, cinayət əməllərinə, masallı əhalisinə etdiyi zülmlərə son verilməsi, Masallıdakı dözülməz vəziyyəti nəzarətinizdə saxlamaqla imkan və səlahiyyətlərinizdən istifadə edərək raynumuzdakı bu, RƏZALƏTƏ DUR! demək üçün müvafiq addılar atın, tədbirlər görün.

Hamımızın buna çox böyük ehtiyacı vardır!

Sizlərə olan inam, etimad və hörmət hisslrimizin ölməsinə imkan verməyin!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button