Maşınlarda dərman qutularında (yeni rüşvət mexanizmi) nələr olmalıdır?

Nəqliyyat vasitələrində dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər müəyyənləşib.

Strateq.az xəbər verir ki, Baş Nazir Novruz Məmmədovun “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi haqqında  imzaladığı qərara əsasən, sürücülər idarə etdikləri nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər.

Eyni zamanda, nəqliyyat vasitəsində olan dərman qutusunda bu Sənədin 1 nömrəli əlavəsində göstərilən tibbi ləvazimatlar və dərman vasitələri, habelə qeyri-tibb işçiləri tərəfindən ilk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası olmalıdır.

Həmçinin nəqliyyat vasitələri (minik və yük avtomobilləri, avtobus, təkərli traktor, habelə tramvay və trolleybus) növündən asılı olaraq, bu Sənədin 2 nömrəli əlavəsində göstərilən odsöndürənlərlə təmin olunmalıdır.

Qərarda dərman və odsöndürəndən istifadə qaydaları, habelə xəsarət zamanı göstəriləcək ilkin tibbi yardımla bağlı zəruri məsələlələr müəyyənləşdirilib.

“Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”na əsasən dərman qutusunun tərkibi aşağıdakı kimidir: 

Sıra №-si Tibbi ləvazimatların və dərman vasitələrinin adı Ölçü vahidi Miqdarı
1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vasitələr
1.1. Analgin 0.5 (yaxud əvəzedici) qutu 1
1.2. Portativ hipotermik (soyuducu) paketkonteyner ədəd 1
1.3. Natrium sulfasil məhlulu tübik 1
1.4. Aspirin 325 mq doza və ya Aspirin 100 mq doza qutu 1
2. Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vasitələr
2.1. Özünə və qarşılıqlı yardım məqsədilə arterial qanaxmanı saxlamaq üçün tənzimlənən (təzyiqli) jqut ədəd 1
2.2. Steril bint 10×5 sm ədəd 1
2.3. Qeyri-steril bint 10×5 sm ədəd 1
2.4. Qeyri-steril bint 5×5 sm ədəd 1
2.5. Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8×10 sm ölçüdə MAQ atravmatik sarğısı ədəd 1
2.6. Steril tibbi sarğı paketi ədəd 1
2.7. Bakterisid leykoplastr 2,5×7,0 sm, yaxud 2×5 sm ədəd 8
2.8. Kapilyar və venoz qanaxmaları saxlamaq üçün 6×10 sm, 10×18 sm ölçüdə furaqinli “Koleteks QEM” steril salfetləri, yaxud statin (tox halında) 1,0 q ədəd dəst 3 3
2.9. Steril tibbi salfet (tənzif materialından) 18×14 sm ədəd 1
2.10. Spirtdə 5 faizli yodun, yaxud 1%-li brilyant abısının məhlulu flakon 1
2.11. 1×500 sm və ya 2×500 sm, yaxud 1×250 sm ölçüdə leykoplastr ədəd 1
2.12. Qeyri-steril boruşəkilli tibbi elastik bint ədəd 1
2.13. Pambıq 50 q bağlama 1
3. Ürək ağrılarına qarşı vasitələr
3.1. Nitroqliserin həbləri, yaxud kapsulası (trinitrolonq) qutu 1
4. Bayılmaya qarşı vasitə
4.1. Ammiak məhlulu (naşatır spirti) flakon 1
5. Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vasitələr
5.1. Aktivləşdirilmiş kömür qutu 1
6. Qayçı (kütuclu) ədəd 1
7. Birdəfəlik istifadə üçün qeyri-steril tibbi əlcək cüt 1
8. İlk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası ədəd 1

“Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”na əsasən nəqliyyat vasitələrinin odsöndürənlərlə təminat normaları aşağıdaki kimidir:

Sıra №-si Nəqliyyat vasitələrinin növləri Odsöndürənlərin növləri, minimum sayı (ədəd) və minimum həcmi (litr)
1. Minik avtomobilləri 1×2 (tozlu və ya köpüklü)
2. Yük avtomobilləri, icazə verilən maksimum kütləsi: -3,5 tonadək olan;-3,5 tondan 12 tonadək olan;-12 tondan çox olan 1×2 (tozlu, köpüklü və ya karbon qazlı)2×2 və ya 1×5 (tozlu, köpüklü və ya karbon qazlı)

2×5 və ya 1×10 (tozlu, köpüklü və ya karbon qazlı)

3. Avtobuslar: -oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan;-oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 16-dan artıq, lakin31-dən çox olmayan:

sürücü olan hissədə;

salonda;

-oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 31-dən artıq olan:

1×4 (tozlu və ya köpüklü)1×4 (tozlu və ya köpüklü)1×4 (tozlu və ya köpüklü)

1×4 (tozlu və ya köpüklü)

sürücü olan hissədə; salonda (iki salonolduqda, hər salonda) 1×4 (tozlu və ya köpüklü)
4. Təhlükəli yükləri daşıyan nəqliyyat vasitələri (kabinədə və yük yerində olmaqla) 2×5 (tozlu və ya karbon qazlı)
5. Səyyar laboratoriyalar 2×5 və ya 1×10 (tozlu, köpüklü və ya karbon qazlı)
6. Təkərli traktor və digər xüsusi texnikalar: benzin yanacaqlı;dizel yanacaqlı 1×5 (tozlu, köpüklü və ya karbon qazlı)2×5 və ya 1×10 (tozlu, köpüklü və ya karbon qazlı)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button