MASKA CƏRİMƏLƏRİ SİLİNƏCƏK? – Hüquqşünasdan açıqlama

Bu sözləri “ARB24″də yayımlanan “İş vaxtı” verilişində qonaq olan hüquqşünas Loğman Abdullayev bildirib.

O əlavə edib ki, cərimələrin silinməsi ilə qadağanın aradan qaldırılması arasında incə bir fərq var: “Qadağa aradan qaldırılırsa, indiyə qədər cərimə yazılan şəxslərə qarşı münasibətdə konstitusiya norması var. Qanunun yumşaldıcı hissəsinin geriyə qüvvəsi var. Deməli, bütün yazılan cərimələr silinir, ödəyənlər isə gedib pulunu geri alır.

Lakin ödəməyənlər əfv olunursa, ödənilən cərimələrin geri qaytarılmasından söhbət gedə bilməz. Bu təcrübə var. Gürcüstanda, Ukraynada yazılan cərimələr silinib. Azərbaycanda əhalinin maddi vəziyyəti nəzərə alınaraq hökumətimiz də oxşar addımı ata bilər. Mayın 1-dən sonra maskalara görə yazılan cərimələrin silinməsi və əfv olunması doğru olardı.

Bir məsələni qeyd etmək lazımdır ki, cəriməsi yazılan şəxslərdən gec-tez bu pullar alınacaq. Maaşa və ya pensiyaya yönəltməklə bu cəriməni vətəndaş ödəyəcək”.

Xural.com

mənbə

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button