Mayın 23-də yağış yağacaq

Mayın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

xural.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12 -16 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən axşam və gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 10-15 , gündüz 25-30 dərəcə, dağlıq rayonlarda gecə 9- 14 , gündüz 17-22 dərəcə isti olacaq.

Mayın 23-25-də Abşeron yarımadasında əsasən sabit hava şəraiti, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da metohəssas insanlar üçün əlverişlidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button