MC&S şirkətlərin media reytinqini hesabladı

MC&SMC&S-in media monitorinq qrupu  01-30 sentyabr 2015-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

xural.com-a daxil olan xəbərə görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  240 on-line media daxil olmaqla  305-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumları təqdim edirik.  Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Bakcell (671 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (987 məlumat), sığorta şirkətləri arasında AXA MBASK (153 məlumat),  ali məktəblər arasında BDU (1341 məlumat),  otel və biznes mərkəzləri  arasında Fairmont Baku (295 məlumat) irəlidədir.

Qeyd edək ki, nəticələr MC&S şirkətinin FB səhifəsində daha dolğun yerləşdirilib:

https://www.facebook.com/MediaConsultingServices

Hesabatla bağlı daha ətraflı məlumat əldə etmək və almaq istəyən şəxslər  news1@mcs.az ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.   Onu da qeyd edək ki,  PRA şirkətimizin əsas tərəfdaşıdır və bir çox layihələrdə, o cümlədən media- monitorinq üzrə təhlildə əməkdaşlıq edir.

Media Consulting and Services

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button