Medvedev bildirib ki, Ukrayna ABŞ və NATO-nun əlində oyuncağa çevrilib

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə görə, Ukrayna Rusiyaya geosiyasi təzyiq aləti kimi istifadə olunur və o, ABŞ və NATO-nun əlində oyuncağa çevrilib. 

Eyni zamanda o, Ukrayna ətrafında gərginliyin yaxın gələcəkdə səngiyəcəyinə ümid etdiyini bildirib.

“Ukrayna, təəssüf ki, indi müəyyən dərəcədə NATO-nun və hər şeydən əvvəl, əlbəttə ki, ABŞ-ın əlində oyuncağa çevrilib, çünki Ukrayna Rusiyaya geosiyasi təzyiq vasitəsi kimi istifadə olunur”, – deyən Medvedyev əmindir ki, “Ukrayna üçün nə qədər kədərli səslənsə də, bilməlidirlər ki, onlar amerikalılara lazım deyil və avropalıların da onlara ehtiyacı yoxdur. Əslində Ukrayna Rusiyaya və müəyyən dərəcədə hətta Çinə qarşı geosiyasi oyunda arqumentə çevrilib. Ona görə də bu gərginlik ilk növbədə Ukrayna rəhbərliyinin son illərdə apardığı kursla bağlıdır.” Medvedev belə deyib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button