Medvedyev Suriya qərarına veto qoyan Rusiyanı məsuliyyətdən uzaqlaşdırdı

09.02.2012

Ərdoğan Medvedevə: “Rusiyanın Suriyadakı hadisələrlə bağlı vicdan məsuliyyəti var”

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında Suriya qərarına veto qoyan Rusiyanın dövlət başçısı Dmitri Medvedevə telefonla zəng edib. Təxminən bir saat davam edən danışıq zamanı baş nazir Medvedevə BMT-də veto səlahiyyətinə sahib olan Rusiyanın Suriyadakı hadisələrlə bağlı vicdan məsuliyyətinin olduğunu xatırladıb. “Axan qan dayandırılmalıdır” deyən Ərdoğan o fikirdə olub ki, “Suriya rəhbərliyi inamını və hakimiyyətini itirib”. Medvedyevdən Türkiyənin təşəbbüsünə dəstək verməsini istəyən Ərdoğan əminliklə qeyd edib ki, Suriyaya qarşı xarici müdaxilənin əlehinədir və rəsmi Ankara buna razı deyil.
 “Qarşıdurmaların dayandırılması üçün bütün imkandan istifadə edirik”  kimi ümidverici fikirlər səsləndirən Medvedyev sonda məsuliyyəti üzərindən ataraq, “Problemin həlli yolları BMT Təhlükəsizlik Şurasında axtarılmalıdır” deyib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button