Mehman Əliyevlə bağlı apelyasiya şikayəti verildi

“Yasamal Rayon Məhkəməsi Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi barədə müraciətimizi təmin etmədiyindən həmin qərardan apelyasiya şikayəti verdim”.  Bunu FB səhifəsində vəkil Fuad Ağayev bu gün yazıb.

Dünən – sentyabrın 6-da Yasamal Rayon Məhkəməsində “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin girov müqabilində həbsdən buraxılması haqda vəkilin müraciətinə baxılmışdı və hakim Azər Tağıyev vəsatəti təmin etməmişdi.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button