Mehman Əliyev həbs edildi (Yenilənir)

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev və “Kür”  Vətəndaş Qərargahının əlaqələndiricisi Oqtay Gülaliyev  Sabirabad rayonunda həbs edilib. Bu barədə redaksiyamıza Sabirabad rayonunda olan mənbələrimiz məlumat verib. Mənbənin bildirdiyinə görə, M. Əliyev və O. Gülalıyev Kür daşqınlarından əziyyət çəkən vətəndaşlarla görüşüb. Polis görüşə  müdaxilə edib. Daha sonra M. Əliyevlə O. Güalıyev həbs edilərək rayon polis şöbəsinə aparılıb. Hazırda M. Əliyevin mobil telefonuna zəng çatmır. Saat 13:40-da M. Əliyevlə telefon əlaqəsi saxlaya bildik. M. Əliyev polis şöbəsində olduqlarını bildirdi.

Əfqan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button