Mehman Hüseynov bələdiyyə seçkilərinə qatılır

Bloger “Seçki tarixində belə maraqlı, kreativ seçki olmayıb” deyir.

Tanınmış bloger, “Sancaq Production”un rəhbəri Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak edəcək.

Xural.com musavat.com-a istinadən xəbər verir ki, M.Hüseynov bununla bağlı sosial şəbəkədə məlumat verib. O, hazırlıq işləri ilə bağlı son mərhələyə çatdığını deyib: “Nəhayət ki! Bələdiyyə seçkiləri üçün tələb olunan imzalar toplanılıb artıq! Yaxın günlərdə Dairə Seçki Komissiyasına təqdim olunacaq. Mənə dəstək olan, qorxmadan imza atan hər bir kəsə təşəkkürümü bildirirəm!

Burdan açıq-aydın bildirirəm, imzaların hamısı etibarlıdır. Heç bir imza saxtalaşdırılmayıb, çünki buna ehtiyac yox idi. Qaraçuxur, Yeni Günəşli sakinləri canla-başla mənə dəstək oldular! Bəli, etiraf edirəm ki, 4-5 imza etibarsızdır, bizim səhvimizə görə, diqqətsiz olduq. Odur ki, qeydiyyatımızın cavabını gözləyək! Bir daha deyirəm ki, seçki tarixində belə maraqlı, kreativ seçki kampaniyası olmayıb, olmayacaq da. Komandamızla, vətəndaşların dəstəyi ilə əlimizdən gələni edəcəyik ki, bu seçkiləri saxtalaşdıra bilməsinlər! Mərkəzi Seçkilər Komissiyası, müharibəyə hazırlaşın! Qaraçuxur, Yeni Günəşli camaatı dəyişiklərə hazır olun! İsti kreslolarında oturub xalqa xidmət etməyən məmurları məhv edəcəyik! Xalqa xidmət etmək necə olur onu görəcəksiz”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button