Mehman Hüseynov: “Dəqiq heç nə bilmirəm”

mehmanHüquq müdafiəçisi Emin Hüseynovun İsveçrənin xarici işlər naziri Didye Burkhalter tərəfindən ölkədən çıxarılmasınıdan sonra ölkə prezidenti İlham Əliyev onu vətəndaşlıqdan məhrum edib.

Virtualaz.org saytının verdiyi xəbərə görə, Emin Hüseynovun özü bu haqda prezidentə müraciət edib və İlham Əliyev hüquq müdafiəçisinin istəyini müsbət qarşılayıb.
xural.com  moderator.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Emin Hüseynovun qardaşı, bolgger Mehman Hüseynov bu haqda xəbərsiz olduğunu bildirib:
“Mən bu haqda informasiyanı mətbuatdan eşitmişəm, qardaşımın İlham Əliyevə müraciət etməsini, prezidentin  onu vətəndaşlıqdan məhrum etməsi haqda heç bir məlumatım yoxdur, bu barədə dəqiq heç nə bilmirəm. Mənim qardaşım Emin Hüseynovla 10 aydır ki, əlaqəm yoxdur, bildiyim bircə şey var,  o, xaricdədir və onunla heç bir əlaqə qurmamışıq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button