Mehman Hüseynov gələn həftə azadlığa buraxılacaq

Həbsdə olan bloger Mehman Hüseynov gələn həftə azadlığa buraxılacaq.

Onun cəzasının çəkilməmiş hissəsindən azad edilərək vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəkili Şəhla Hümbətova tərəfindən Qaradağ rayon məhkəməsinə mürqcviət edilib.

24saat.org saytına daxil olan məlumata görə, Mehman Hüseynovun vaxtından əvvəl həbsdən azad edilməsi ilə bağlı təşəbbüs hakimiyyətdən gəlib və bu, insan haqları sahəsində vəziyyətin müsbət yondə dəyişməsi istiqamətində atılan addımıardan biridir.

Məlumatda qeyd edilir ki, Almaniya kansleri Ancela Merkelin Qafqaz turnesi çərçivəsində avqustun 25-də Azərbaycana səfəri ərəfəsində insan haqları sahəsində vəziyyətin yumşaldılması siyasəti çərçivəsində ötən həftə bloklanan saytlardan birinin açılması ilə başlayan və ötən gün ReAl sədri İlqar Məmmədovun azadlığa buraxılması ilə davam edən “yumşalma siyasəti” qarşıda bir neçə siyasi məhbusun azadlığa çıxması ilə müşayiət ediləcək.

Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayətinə əsasən, Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək, Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Şikayətə səbəb M.Hüseynovun idarədə fiziki təzyiqə məruz qalması ilə bağlı açıqlama verməsi olub. Belə
ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb.
M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər.

Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

Bu şikayətə əsasən, Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O hazırda saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button