Mehman Hüseynov həbsxanadan məktub göndərdi: “Hər şey bombadır!”

Mehman Huseynov həbsxanadan məktub göndərib. O, məktubunda vəziyyətinin yaxşı olduğunu yazıb. “SANCAQ” səhifəsinin paylaşdığı məktubu təqdim edirik:

“Salam dostlar, qəribə səslənsə də, artıq həbsxanadayam. Kimlərsə deyirdi, bura qorxulu yerdi, amma qaqaş canı, elə deyil. Mən sanki böyük Azərbaycandan kiçik Azərbaycana düşmüşəm. O biri Azərbaycanda nə edirdimsə, burda da onu edirəm. Fəaliyyətim davam edir

Hətta deyərdim ki, burada, həbsdə olan insanların mənə daha çox ehtiyacları var. Burada onlara hüquqlarının olduğunu başa salıram, çalışıram, onların qayğısına qalım. Elə adamlar var ki, kasıbdırlar, əyinlərində isti paltarları belə yoxdur, üşüyürlər. Bacardığım qədər onlarla paylaşmağa çalışıram. Həyatından küsmüş insanlar var burda. Onlara da başa salıram ki, həyat davam edir. Burda kiçik bir ailəm var, deyib gülürük. Bir sözlə, hər şey bombadır!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button