Mehman Hüseynovun məhkəmə tarixi açıqlandı

Video-bloqqer Mehman Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılacaq tarix açıqlanıb.

Bizimyol.info-un Qafqazinfo.az-a istinadən verdiyi xəbərə görə, onun vəkili Fuad Ağayev bildirib ki, proses üzrə ilk iclas iyunun 5-də saat 15:30-da Ali Məhkəmədə keçiriləcək.

Qeyd edək ki, M. Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin ona qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə həbs edilib. Suraxanı rayon məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button