Rubrikalar: GÜNDƏM XuralTAC

Mehriban Əliyeva bir illik əməkhaqqını KMDF-yə ianə etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Bu barədə məlumat M.Əliyevanın İnstagram akkauntunda yer alıb. Birinci vitse-prezidentin bununla bağlı açıqlamasında deyilir:

“Əziz həmvətənlər!

Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən bütün təşkilatlara, şirkətlərə, fiziki və hüquqi şəxslərə dərin minnətdarlığımı bildirirəm.

Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, xalqımızın birliyinin, həmrəyliyinin göstəricisidir. Sizin ölkəmizin üzləşdiyi bu problemə biganə yanaşmamağınız və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına qoşulmağınız çox yüksək qiymətə layiq addımdır və müasir Azərbaycan cəmiyyətində mərhəmət və şəfqət kimi hisslərin mövcudluğundan xəbər verir.

Azərbaycan vətəndaşının sağlamlığının qorunması naminə mən də bu təşəbbüsə qoşuluram və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edirəm.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən hər kəsə bir daha təşəkkür edirəm və bütün həmvətənlərimizi həmrəylik, vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram.”⠀

Paylaş:

This post was last modified on 23 Mart 2020 8:47 axşam

Son Əlavələr

  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

ABŞ Çin ətrafında qurulan ittifaqı necə dağıtdı?-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 03 aprel 2020-ci il   Hadisələri dəyərləndirərkən, yaxın keçmişi unutmamalıyıq. Çünki çoxları qılınclarını çəkdi. Səslərini unutmadıq.…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

İbrahim Məmmədov Azərbaycanda koronavirusla bağlı tendensiya haqda

“Hazırda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil. Burada gizli bir şey yoxdur”. Bunu Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri İbrahim…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Dünyada koronavirus can almaqda davam edir: 56 min 989 ölüm-SON SİYAHI

Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları  sürətlə artmaqda davam edir. Artıq yoluxanların ümumi sayı 1 milyonu…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

BVF rəhbərindən qorxunc etiraf: Dünya iqtisadiyyatı ağır tənəzzül dövrünə daxil olub

Dünya iqtisadiyyatı yeni koronavirus pandemiyasına görə tənəzzül dövrünə qədəm qoyub. Xural.com TASS-a istinadən verdiyi xəbərə görə, bunu bu gün Beynəlxalq…

4 Aprel 2020
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

İranda pandemiya qurbanlarının sayı 3 294 nəfərə çatdı

İranda daha 134 nəfər koronavirusun qurbanı olub. “Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə…

3 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

ÜST tibbi maskaların koronavirusdan qorumadığını elan etdi

Tibbi maskalar müdafiəyə zəmanət vermir və sağlam adamların onlardan istifadəsinə ehtiyac yoxdur. RİA Novosti-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə…

3 Aprel 2020
Xural.COM