Rubrikalar: CƏMİYYƏT XuralTAC

Mehriban Əliyeva şəhid ailəsinə mənzil verdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatının qaldırdığı iddia əsasında pulunu ödədikləri halda mənzili məhkəmə qərarı ilə əllərindən alınan şəhid ailəsi ilə bağlı yaranmış situasiyaya müdaxilə edib.

Mehriban Əliyevanın göstərişi ilə aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə yeni mənzil verilib.

Məlum olub ki, Heydər Əliyev Fondunun nümayəndələri bu gün şəhidin ailəsi ilə görüşüb. Sənan Axundovun ailəsinə bildiriblər ki, Mehriban Əliyevanın tapşırığı əsasında onların problemi həll olunur və Bakının Nərimanov rayonunda ailəyə yeni mənzil verilir.

Xatırladaq ki, şəhidin hələ sağlığında hissə-hissə 53 min manat ödəyərək aldığı 50 kvadratmetrlik mənzil “Şərurlu İsfəndiyar”ın iddiası əsasında məhkəmə qərarı ilə alınıb. Bu məsələ geniş ictimai rezonans və oliqarxa qarşı haqlı hiddət yaradıb.

Şəhidin xanımı Nəcibə Axundova oxu.az saytına açıqlama verərək bildirmi.di ki, “Şərurlu İsfəndiyar”a əlavə ödəniş etməkdən imtina etdiklərinə görə, evləri əllərindən alınıb: “Mən Şərurlu İsfəndiyardan əlavə mənzil və ya başqa heç nə istəmirəm. Tələbim yalnız haqqını ödədiyimiz mənzilimizdir. Onu da İsfəndiyar yalnız ikiqat pul ödədikdən sonra bizə verəcəyini deyir. Əvvəl bizdən 100 min, sonra 53 min manat istəmişdilər. Biz bu mənzilə 53 min manat ödəmişdik, 11 min manat isə borcumuz qalmışdı. Əlavə ödəniş verməyə razılaşmamışdıq. Bina təhvil veriləndən sonra 76 ailədən mənzillərin ikiqat qiymətini tələb etdi və razılaşanlara çıxarış verildi. Kim ki onun istədiyi məbləği vermədi, onların müqavilələrini yeniləmədi, saxta adlandıraraq məhkəmələrə verdi. Ali Məhkəmənin lehinə qərar çıxardığı vətəndaşlardakı müqavilələrlə onların müqaviləsi arasında heç bir fərq yoxdur. Bəs necə olur ki, məhkəmə birinin müqaviləsini saxta hesab edir, digərininkini isə həqiqi? Biz Ali Məhkəmədə bu məsələni qaldırdıq. Kasasiya şikayətinə bir müraciəti də əlavə edərək bildirdik ki, eyni şirkət, eyni bina, eyni müqaviləsi olan vətəndaş məhkəməyə müraciət edib və məhkəmə Şərurlu İsfəndiyarın əleyhinə

Vətəndaş məhkəməni udub. İsfəndiyar vətəndaşı Apelyasiya Məhkəməsinə verib. Lakin yenə Ali Məhkəmə vətəndaşın hüquqlarını müdafiə edib və onun lehinə qərar çıxarıb.

N.Axundova onu da əlavə edib ki, dünənki prosesi aparan hakim Əsəd Mirzəliyev onların fikirlərinə önəm verməyib və şəhid ailəsinin hüquqlarının tapdalanmasına göz yumub:
“Elə ilk başda bizə əlavə heç bir fikir söyləməməyimiz tapşırıldı. Mən dərhal buna etiraz etdim. Çünki o ev, o mənzil mənim pulumla tikilib. Bunu qeyd etməməliyəm? Məhkəmə hələ başlamamışdı, amma artıq çıxarılacaq qərar bəlli idi.

Məhkəmə bizə söz vermək, fikrimizi dinləmək istəmirdi. Bu, adi qonşu mübahisəsi deyil, mal-mülk davası deyil. Bu, biznesmenin Azərbaycan torpaqları uğrunda canından keçmiş oğulun, şəhidin ailəsinə qarşı ədalətsizliyidir. Mən demirəm kimsə bizə əlavə üstünlük versin, mən öz haqqımızı tələb edirəm. Lakin məsələyə obyektiv yanaşılmırdı.”

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Jurnalist evləri niyə satılır? Elçin Quliyev DSX-ni niyə dağıdır?”-VİDEO

29 may 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

30 May 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Sərdar Cəlaloğlu “Siyasət meydanı”nda: “Oğlanlarına 4.2 milyon dollara mənzil alması nazirin şəxsi həyatı ola bilərmi?”-VİDEO

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 29 may 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural…

29 May 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı və Zaur Qərtiboğlu “Siyasət meydanı”nda: “Elmar Məmmədyarov kimlərin havasını oynayır?..”-VİDEO

"Siyasət meydanı"nın aparıcısı Əvəz Zeynallı Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu ilə ölkə gündəmini zəbt edən məsələlərə, o cümlədən Xarici İşlər…

28 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Vahid Qazi yazır: Vəzirovun tamamlanmış yarımçıq portreti”

“Parterin ilk sıralarında” memuarı əsasında Bir dəfə Azərbaycan Cümhuriyyəti haqda bir essedə yazmışdım ki, 23 cümhuriyyət ayı tariximizin “qara dəliyi”di.…

27 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Müstəqil media ölümlə təhdid olunur: Zaur Qəriboğlu, indi də hədəfdə Əvəz Zeynallı!-VİDEO

Reaksiya TV-nin efirində növbədənkənar canlı yayın oldu və Əvəz Zeynallıya qarşı "Frenk Elkaponi" ləqəbli Fizuli Məmmədovun adamları tərəfindən ölüm təhdidi…

24 May 2020
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

“İmamzada” 200 gəncəli ailəyə Ramazan yardımı göndərdi-FOTOLAR

"Müqəddəs Ramazan ayının son günündə Gəncə şəhərində yerləşən tarixi "İmamzada" kompleksi tərəfindən şəhərin yardıma ehtiyac hiss olunan 200 ailəsinə Ramazan…

24 May 2020
Xural.COM