Mehriban Əliyevanın prezidentliyə namizədliyi irəli sürüldü
Azərbaycanın “ikinci iqtidar partiyası” adlandırılan Dünyəvi Azərbaycan Partiyası (DADP) prezident seçkiləri ilə bağlı sensasion qərar qəbul.
Veteninfo xəbər verir ki, partiyanın toplantısında Azərbaycanın birinci xanımnı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın namizədliyi irəli sürülüb.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası prezidentliyə İlham Əliyevin namizədliyini irəli sürüb. Mütəxəssislərin fikrincə, DADP-nin qərarı isə hakimiyyətin yeni strategiyasından xəbər verir. Təbii ki, bu partiya “yuxarılar”ın arzusu və razılığı olmadan birinci xanımın namizədliyini irəli sürə bilməzdi.
Toplantıdan çəkilmiş videogörüntüləri təqdim edirik