Meral Akşenerdən seçki açıqlaması: təxirə salına bilər

Türkiyə müxalifətinin “6-lı masa”sında təmsil olunan İYİ Partiyanın sədri Meral Akşener zəlzələ bölgəsi olan Kahramanmaraşa səfərinin ardından seçki açıqlaması verib.

Meral Akşener 10 şəhəri yerlə-yeksan edən dağıdıcı zəlzələnin nəticələrinə görə seçkilərin mayın 14-də keçirilə bilməycəyini açıqlayıb.
Akşenerin hesablamalarına görə, seçkilər iyunun 18-də keçirilə bilər.

İYİ Partiya sədri Meral Akşener Kahramanmaraş, Hatay, Qaziantep, Osmaniye, Malatya, Adıyaman, Adana, Kilis, Diyarbakır, Elazığ və Şanlıurfada on minlərlə insanın ölümünə səbəb olan zəlzələlərdən 72 saat sonra dağıntı bölgəsinə gedib.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçirlməlidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button