Merkel: “Qoşunlar çıxandan sonra Əfqanıstanda domino effekti yaranıb”

Almaniyanın federal kansleri Angela Merkel Əfqanıstanda son həftədə baş verən hadisələri domino effekti ilə müqayisə edib.

Bu barədə “Bild” qəzeti yazıb. A.Merkel Almaniya vətəndaşlarının Əfqanıstandan təcili şəkildə çıxarılmalı olduğunu vurğulayıb.

“Qərb ölkələrinin qoşunları ölkədən çıxandan sonra Əfqanıstanda domino effekti yaranıb. Bütün vətəndaşlarımız təcili şəkildə bu ölkədən çıxarılmalıdır”, – deyə o bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button