Metro istifadəçilərinə ŞAD XƏBƏR

Bakı Metropoliteninə məxsus yeni qatarlarda telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq mümkün olacaq. Bu barədə Lent.az-a metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, yeni qatarların hər vaqonunda 16 ədəd USB portu var.

Qeyd edək ki, Azərbaycan Rusiyanın “Metrovaqonmaş” şirkətinin “81-765/766” modelində 5 vaqondan ibarət iki metro qatarını alıb.

“Metrovaqonmaş” şirkəti 1967-ci ildən “Bakı Metropoliteni” QSC-ni vaqonlarla təmin edir. Hazırda “Bakı Metropoliteni“ndə bu şirkətin istehsalı olan 280 vaqon var. Sonuncu dəfə 2015-ci ildə Bakıya “81-760.B/761.B/763.B” modelində hər birində 5 vaqon olmaqla, 3 qatar gətirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button