Metyu Brayza: qondarma “erməni soyqırımı” məsələsində Türkiyə haqlıdır

Metyu Brayza

11.02.2012

 “Soyqırımı”nın tanınıb-tanınmaması məsələsini heç bir ölkənin siyasətçiləri həll etməməlidirlər.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bu fikri Türkiyənin “Hürriyet Daily News” nəşrinə verdiyi müsahibədə söyləyib: “Hadisələri soyqırımı kimi səciyyələndirmək və ya onları soyqırımı hesab etməmək siyasətçilərin işi deyildir”.
Xatırladaq ki, keçən ay Fransa Senatı qondarma “erməni soyqırımı”nın inkar edilməsinin cinayət əməli kimi cəzalandırılması haqqında qanun qəbul etmişdir. Lakin sonradan Fransa Parlamentinin üzvləri ölkənin Ali Konstitusiya Şurasına müraciətlə bu qanun layihəsini ləğv etməyə çağırıblar. Fransa Parlamentinin hər iki palatasında qəbul edilmiş qanun layihəsi, Fransanın özündə belə birmənalı qarşılanmır. Bir çox beynəlxalq qurumlar, eləcə də Türkiyə rəsmiləri hesab edirlər ki, bu qərar ölkənin Konstitusiyasına və fikir azadlığı prinsipinə ziddir.
Metyu Brayzanın fikrincə, bu cür qərarların bütün cəmiyyət tərəfindən deyil, bir başqası tərəfindən qəbul edilməsi düzgün olmazdı: “Bu məsələdə həqiqət Türkiyənin tərəfindədir. Hazırda bu məsələ birtərəfli xarakter daşıyır. Əgər “erməni soyqırımı”nın həqiqətən baş verməsini qəbul etsək, onda eyni qayda ilə demək olar ki, Şərqi Anadoluda türklərə qarşı soyqırımı da törədilıb”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button