“Mexaniki sayğacları “Azəriqaz” üçün hansı şirkət istehsal edir?!”-HÜQUQŞÜNAS SORĞU GÖNDƏRDİ

Köşə kimi status…
Tanınmış hüquqşünas “Azəriqaz”ın talanı və korrupsiyası ilə bağlı maraqlı bir status paylaşıb. Eyni zamanda hüquqşünas “Azəriqaz rəhbərliyinə sorğu göndərib. Xural.com Ələsgər Məmmədlinin statusunu paylaşır və hökuməti görəvə dəvət edir:
“Son günlər ən aktual məsələlərdən biri küllü miqdarda dövlət vəsaiti xərclənərək geniş infrastrukturu qurulan smart qaz sağyaclarının Azəriqaz tərəfindən yenidən heç bir əsas olmadan mexaniki sayğaclara dəyişdirilməsidir.
Xüsusilə Azərbaycan reallığında bu tip əsasssız addımların arxasında həmişə böyük miqdarda korrupsiyanın durduğu şübhəsi olur.
Azəriqaz bu resursda (http://azeriqaz104.az/az/news/109) açıqlayıb, indi gizlədiyi məlumatda 2 milyona yaxın abonentinin olduğunu nəzərə alsaq çox ciddi bir vəsaitin göyə sovrulmasından söhbət gedir.
Azəriqazın 2018-də öz açıqlamasına görə “Hazırda “İTRON” firmasının istehsalı olan G4 smartkart tipli (əvvəldən ödənişli) qaz sayğacı 244 manat 14 qəpik, həmin firmanın istehsalı olan mexaniki sayğac 99 manat 47 qəpikdir.”- bir ədədinin qiyməti 244 manat olan sayğac üçün yarım milyard manat vəsait tələb olunub.
500 milyon manat sadəcə sayğaclar üçün tələb olunubsa, bunun ölkə üzrə kart yükləmə məntəqələri, apilkasiyaları və s də xeyli vəsait tələb edib.
İndi Azəriqaz anidən “başa düşüb ki” israfa yol verib. Sayğacları niyə dəyişdirdiyinə dair açıqlamasında eyni ilə belə bir cümləyə rast gəldim:
““Azəriqaz” vəsaitlərinə qənaətlə yanaşmaq, gəlirlərini daha səmərəli istifadə etmək məqsədilə belə bir addım atıb. Bir smart-kart tipli sayğacın qiymətinə 3 mexaniki sayğac almaq mümkündür… “
Amma dahası da var. Daha sonra qeyd edir ki:
“İTRON şirkətinin istehsalı olan Smart-kart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi zamanı smart sayğacda qalmış avans ödənişlər (istifadə olunmamış qaz sərfinin dəyəri) azı 10, geci 30 gün ərzində abonentin mexaniki sayğaclar üzrə olan hesabına kubmetrdən dəyərə çevrilməklə bərpa olunur.”
İndi sual yaranır; Öncə moderin “smart” xidmət gətiririk bəhanəsi ilə 90 manatlıq sayğacı alma, 244 manatlığı al və bu infrastruktura yüz milyonlarla pul xərclə, sonra isə “qənaət etmək lazımdır”-deyib, 244 manata quraşdırdığın sayğacları yenidən yerindən sök ki, 90 manatlıq quraşdıracağam. Bunun adı nədir? , İSRAF?.., KORRUPSİYA?.., BƏRBAD İDARƏETMƏ?…,
Pensiyaların sadəcə baza hissəsini 11% artıran hökumət, suyu 100%, Dizeli 33% artırarkən, vətəndaşlara bir minnət də qoymuşdu ki, qazın qiymətinə dair artım təklifini rədd etdik. Qazın qiymətinin dəfələrlə artığını sayğac dəyişdirmə əməliyyatı ilə çıxaracağıq deməyə hər halda “çəkiniblər”.
Bir neçə gün öncə ölkə Prezidenti cəmiyyəti ictimai nəzarətə çağırmışdı.
İctimai nəzarət o zaman effektiv olur ki, hökumətə yönələn rasyonel çağırışları hökumətin başında olanlar eşitsin və reaksiya bildirsin.
Azəriqaza informasiya sorğusu göndərib, bu məsələdə maliyyə şəffaflığı tələb edən suallar qoymuşam və onun hüquqi təqibini ölkə ədalət sisteminin işləyişi çərçivəsində tələb edəcəyəm.
Lakin, Mən bu sətirləri burada yazmaqla həm də hökumətdən bu məsələdə şəffaflıq tələb edir, açıqlama gözləyirəm:
1. Əvvəlcədən qənaət etməyin zəruriliyi prinsipi məlum deyildimi?
2. Smart tipli sayğacla müqaisədə mexaniki sayğac eyni işi görürdüsə və hətta indi iddia etdiyiniz kimi bunlar borcu 30 gün sonrayadək borc saymırlarsa, o zaman nədən vətəndaşlardan hələ istifadə etmədikləri qazın pulunu öncədən alan sayğaclara üstünlük vermişdiz?
3. 90 manata başa gələn sayğac eyni işi müasir tələblərə uyğun görürsə (ödənişin online edilməsi, məsafədən oxuma və s.) o zaman nədən bundan 3 dəfə baha sayğaca milyonlarla pul xərcləndi?
4. Bunun sorumluluğunu kim götürəcək üzərinə? Bu vəsaitlərin azı 2 dəfə artıq istaf edildiyi etiraf edildiyinə görə milyonlarla manat havaya sovrulmuş pulları kim dövlətə qaytaracaq?
5. Smart tipli sayğacların ömrü iddia etdiyiniz kimi “məhdud” idisə və onların qısa müddət sonra yenilənmələri gərəkirdisə, o zaman niyə bu sayğaclara bu qədər vəsait xərcləndi və bu barədə niyə cəmiyyətə zamanında məlumat vermədiniz?
6. Bu gün dəyişdirməyə qərar verdiyiniz mexaniki sayğacların istifadə ömrü nə qədərdir? Neçə ildən sonra yeni “dəyişmə- istaf” əməliyyatına start verəcəksiniz?
7. Samrt tipli sayğaclardan “yaxşı” olan və onun əvəzləyən mexaniki sayğacları hansı şirkət istehsal edir, hansı şirkət ölkə üçün, Azəriqaz üçün tədarük edir? Onların təsisçiləri- sahibləri kimdir?
Bu sualları mən burada yazmaqla həm də jurnalistlərin öz funksiyaları çərçivəsində bunları hökumətdən sorğulamasına təkan vermək istədim. Hörmətli media nümayəndələri bu yazımdan rahatlıqla istifadə edə bilər.”
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button