'Meydan hərəkatı'nın 34 ili tamam olur

Bu gün, noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd edilir.

34 il öncə, 1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağla bağlı Azərbaycan Sovet Sosialist Respublikasına SSRİ daxilində ərazi iddialarına və Kreml rəhbərliyinin buna münasibətinə etiraz olaraq mitinqlər başlayıb.

Az vaxt ərzində yüz minlərlə insan meydan hərəkatına qoşulub. Hərəkatın təşkilatçıları hesab ediblər ki, Kreml bu məsələdə qızışdırıcı və yanlış yol tutub. Fasiləsiz mitinqlər dekabrın 5-nə kimi davam edib və həmin gün sovet ordusunun zorakılığı ilə dağıdılıb. Nümayişlərin təşkilatçıları və fəalları istintaqa cəlb edilib, bir çoxu həbs edilib. Lakin həbslər uzun sürməyib.

1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin prezident seçilməsindən sonra həmin gün rəsmi qaydada qeyd edilməyə başlayıb. 1992-ci ildə noyabrın 17-si bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib.

Bundan bir il əvvəl, 1991-ci ildə isə Azərbaycanda Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdi.

Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button