Meydan.tv-nin 3 xanım jurnalisti aeroportda saxlandı

img1900019Ukraynadan təlimdən qayıdan jurnalistlər – Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayevaya bildirilib ki, onların adı sistemdə bloklanıb.
Meydan TV ilə əməkdaşlıq edən daha 3 müstəqil jurnalist sentyabrın 19-dan 20-nə keçən gecə saat 1 radələrində Binə hava limanında saxlanılıb. Ukraynadan təlimdən qayıdan jurnalistlər – Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayevaya deyiblər ki, onların adı sistemdə blok edilib. Jurnalistlərlə bağlı 1137, 1138 və 1139 saylı akt tərtib edilib. Saxlanılan jurnalistlərin verdiyi məlumata görə, onlar hava limanından Daxili İşlər Nazirliyinin bandotdel kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılır.
Hazırda Meydan TV ilə əməkdaşlıq edən daha bir müstəqil jurnalist Şirin Abbasov da 30 sutka azadlıqdan məhrum edilərək, həmin idarədə saxlanılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button