Rubrikalar: MƏTBUAT XuralTAC

Meydan TV-nin saytına qoyulmuş qadağa götürülməyib

Ali Məhkəmənin qərarı sosial şəbəkələrdə yanlış anlaşılıb

Ali Məhkəmənin Meydan TV-nin işi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv etməsi yanlış anlaşılıb. Sosial şəbəkələrdə bu qərar Meydan TV-nin saytına qoyulmuş bloklanmanın götürülməsi kimi qələmə verilir.

Apelyasiya Məhkəməsinin saytında Meydan TV ilə yanaşı Azadlıq Radiosu Turan TV, “Azərbaycan saatı” və s. bloklanmış media resursları ilə bağlı Apelyasiya Məhkəməsinin qərarının ləğv olunduğu qeyd olunub.

Digər saytlarla bağlı qərarın ötən il iyulun 4-də verildiyini xatırladan media hüququ üzrə ekspert Xalid Ağəliyev Ali Məhkəmənin qərarının blokun ləğvi kimi anlaşılmasının doğru olmadığını bildirib.

“Meydan TV-nin bloku götürülməyib. Ali Məhkəmə resursun kassasiya şikayətini təmin edib – Bakı Apelyasiya Məhkəməsinin qərarını (həmin qərarda Meydan TV-nin bloklanması barədə rayon məhkəməsinin qərarı qanuni və əsaslı sayılırdı) ləğv edib və Bakı Apelyasiya Məhkəməsinə deyib ki, işə yenidən bax. Ali Məhkəmənin qərarı hələ tərəflərə təqdim edilməyib, hələ bəlli deyil ki, Ali Məhkəmənin qərarı hansı əsaslara söykənir. Amma istənilən halda xoş qərardır. Meydan TV-nin bloku o zaman götürülmüş ola bilər ki, Bakı Apelyasiya Məhkəməsi gələcəkdə Səbail Rayon Məhkəməsinin qərarını ləğv etsin. Texniki olaraq, o da mümkündür ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi texniki süzgəci öz təşəbbüsü ilə qaldırsın”, deyən X.Agəliyev Ali Məhkəmnin qərarının blok edilən resurslardan yalnız Meydan TV-yə aid olduğunu vurğulayıb:

“Çünki Ali Məhkəmə Meydan TV-nin kassasiya şikayəti əsasında belə bir qərar qəbul edib. Meydan TV ilə bərabər “Azadlıq” qəzeti və Azadlıq Radiosunun, digər iki medianın da saytı blok edilmişdi. Həmin mediaların kassasiya şikayətlərinə 1 il əvvəl, 2018-ci ilin iyununda baxılıb. Ali Məhkəmə həmin resursların bloklanmasının qanuni olmasına qərar verib (Qərarın linki ). Ali Məhkəmənin bir əvvəlki həmin qərarı ilə Meydan TV istisna olmaqla blok edilmiş digər 4 resursun ölkədaxili müdafiə vasitələri tükənib. Buna görə də həmin medialar Avropa Məhkəməsinə şikayət ediblər. Onların şikayətləri bildiyim qədər, icraata qəbul edilib və nömrə verilib”.

Meydan TV-nin vəkili Elçin Sadıqlı da qərarla bağlı öz “Facebook” səhifəsində açıqlama yayıb. Vəkil deyir ki, müdafiə etdiyi resurs digər qurumlardan ayrılaraq təkbaşına şikayət edib:

“Ali Məhkəmə 10 sentyabr 2019-cu il tarixli (sədrlik edən hakim Ələsgər Əliyev) qərarıyla Meydan TV-nin bloklanması işi ilə bağlı verdiyi kassasiya şikayətini təmin edib. Bakı Apelyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə tamamilə ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Ali Məhkəmənin qərarının mətni hələ bizə verilmədiyindən BAM-nin qətnaçəsinin ləğv edilmə səbəbləri barədə məlumat verə bilmirik. Eyni zamanda diqqətinizə çatdırım ki, bu qərar yalnız Meydan TV-yə aiddir”.

Səbail Rayon Məhkəməsi 2017-ci il 12 may tarixli qətnaməsi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Meydan TV-nin yayımının məhdudlaşdırılması haqda müraciətini təmin edib. Bakı Apelyasiya Məhkəməsi isə 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə əvvəlki instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Milli Məclisdə Şuşa müzakirəsi – deputatlar üz-üzə gəldi

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov ordu rəhbərliyini tənqid etdi. O orduya rəhbərlik edənləri Azərbaycan dilini təmiz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

“The Guardian”: Eldar Mahmudovun uşaqları Londonda çoxmilyonluq əmlaka sahibdirlər

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb. Virtualaz.org “The Guardian” qəzetinin…

1 İyun 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Pompeonun 89 yaşlı atası zəhərlə öldürülüb?-ABŞ-ÇİN savaşında sui-qəsdlər-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 29 may 2020-ci il   İlk gündən bu yana diqqəti ABŞ-la Çin arasında gedən ticarət savaşına,…

31 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Zakir Həsənovdan düşmənə xəbərdarlıq: “Bu dəfəki tədbirlər …tam fərqli olacaq!”

Mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Müdafiə Nazirliyindən virtualaz.org-a …

30 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənovsuz media-nələr dəyişməlidir?

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər üzrə şöbə müdiri, Prezidentin köməkçisi Əli Həsənovun vəzifəsindən uzaqlaşdırılmasından 6 aya vaxt ötür. PA-da aparılan…

30 May 2020
Xural.COM