Meyxanaçı Vüqar Biləcəri dəfn olundu

Meyxanaçı Vüqar Biləcərinin nəşi vida mərasiminin keçirilməsi üçün Biləcəri qəsəbəsindəki evinə gətirilib.

“Report” xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri ilə yanaşı, çox sayda pərəstişkarları da iştirak edirlər.

Onun nəşi vida mərasimi başa çatdıqdan sonra Hökməli qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, V.Biləcəri uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2014-cü ildə “De gəlsin” meyxana yarışmasında iştirakı ilə tanınmışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button