MHİ “Xural”ın əmlakının müsadirə olunmasını qanunsuz sayır

20.10.2011
 Media Hüququ İnstitutu “Xural” qəzetinə məxsus əmlakın qanunsuz yolla və qeyri-adekvat məcburiyyət tədbirləri tətbiq etməklə müsadirə edilməsini bu önəmli media quruluşuna qarşı heç nə ilə bəraətləndirilə bilməyən təzyiq kimi dəyərləndirir, hökumətin azad sözə, azad ifadəyə qarşı bu hücuma səssiz qalmasından təəssüflənir.

“Xural” qəzeti Azərbaycanda fəaliyyət göstərən azsaylı tənqidçi nəşrlərdəndir. Qəzet bir aya yaxın idi ki, gündəlik nəşr olunmağa başlamışdı. Bu nəşr topluma alternativ düçüncələrin çatdırılmasında önəmli rol oynayır. Oktyabrın 20-də Nərimanov rayon məhkəmə icraçıları qəzetin bütün əmlakını Azərbaycan Prezidenti Adminstrasiyasının rəhbəri Cənab Ramiz Mehdiyevin və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Cənab Vüqar Səfərlinin iddiası əsasında “Xural”a qarşı qüvvəyə minmiş məhkəmə qərarını əsas gətirərək müsadirə ediblər. Qəzetin əmlakının müsadirəsi aşağıda sadalanan çox ciddi hüquq pozuntuları ilə müşayət olunub:

– Qəzetin əmlakının müsadirəsisi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının olması ilə əsaslandırılır. Halbuki, yuxarıda qeyd olunan həmin qərarların icrasından məhkəmə qaydasında şikayət edilib. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə, icra ilə bağlı iddia qaydasında mübahisə qaldırılarsa icraatın dayandırılması məcburidir. Həmin qanunun 19-cu maddəsinə görə, belə durumlarda icraat iddia üzrə mübahisə bitənədək dayandırılmalıdır. Məhkəmə icraçıları qanunun bu maddələrini pozublar.
– Qəzetin əməkdaşlarının bilgisayarlarının müsadirəsi kəskin tənqidi mövzuda yazan jurnalistlərin bilgi qaynaqlarına qəsd təşkil edib. Kütləvi İnformasiya Va¬sitələri haqqında qanunun 11-ci maddəsi jur¬na¬lis¬tlərin bilgi qaynaqlarının toxunulmazlığını qoruyur. Qanunun bu müddəasının diqqətə alınmaması ümumilikdə bütün jurnalistlərin bilgi qaynaqlarına qorxunc mesajdır.
– Məhkəmə icraçılarının hüquqi qüvvəsi olan qərara söykənmədən “Xural”ın əmlakını müsadirə etməsi faktiki olaraq gündəlik nəşrin işini iflic edib. Bu jurnalistin qanuni peşə fəaliyyətinə mane olmağa görə cinayət tərkibi yaradan əməldir. Cinayət Məcəlləsinin 163-cü maddəsi jurnalistlərin peşə fəaliyyətinə mane olmağa, onları məlumatları yaymaqdan imkanından məhrum etməyə görə cinayət məsuliyyəti nəzərdə tutur.
– “Xural” qəzetinin əmlakının müsadirə olunması həm də mülkiyyət hüququnun ciddi pozuntusudur. Azərabaycan Respublikası Konstiotusiyasına görə, hər kəsin mülkiyyət hüququ var və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.

Media Hüququ İnstitutu yuxarıda sadalanan pozuntularla müşayət olunan olayı ölkədə söz azadlığına ciddi müdaxilə sayır, sentyabr ayından gündəlik nəşr olunmağa başlayan qəzetin sıradan çıxarılmasına xidmət etdiyini qeyd edir.

Media Hüququ İnstitutu mediaya qarşı belə qanunsuz addımları qətiyyətlə pisləyir və hökuməti belə qanunsuz qərarlar vermiş və onları icra etmiş şəxslərin hərəkətlərini araşdırmağa, onlar barədə müvafiq ölçülər götürməyə, media qurumlarının pozulmuş hüquqlarını bərpa etməyə çağırır.

Əlaqəli məqalələr

1 şərh

  1. bu cinayetkar hakimiyyeti ,qanunu pozmamaga , kiminse pozulmush hüquqlarini berpa etmeye chagirmaq vaxti arxada qaldi .bunlar 2009 cu ilde referendum kechirende orada haqq ve hüquq maddesini yox ediler.Bu da xalqa imkan verir ki ,xalqda teklif ve chagrishlardan el chekib TELEB ETMEYE KECHSIN. siz, simasiz quldurlar partiyasi yaradib quldurluqla meshgul olursuz .Biz ise özVetenimiz ve haqqimizi müdafie edirik. Buna bizim haqqimiz var. cinayetkar tayfa rejimi ile Artiq sözle yox gücle danishmagin vaxti chatib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button