MHŞ 20-dən çox hakimi cəzalandırıb

Məhkəmə Hüquq Şurası (MHŞ) 2017-ci ildə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, korrupsiya, süründürməçilik, hakimliyə namizədlərin seçimi ilə bağlı 30-dək məsələyə baxııb. Bu barədə Şuranın yaydığı məlumatda deyilir.

Məlumatda dövlət başçısı İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi barədə 2017-ci ilin fevralında imzaladığı sərəncam və Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliklərin edilməsi xüsusi vurğulanıb: “Görülmüş tədbirlər nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı əvvəlki illə müqayisədə 25%-dək azalıb, müxtəlif əsaslarla həbsdən azad edilənlərin sayı isə 15% artıb. Həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmələrə verilən təqdimatların sayı 26%, həbsdə saxlama müddətinin uzadılması barədə müraciətlərin sayı isə 1/3 qədər azalıb.
2017-ci ildə səlahiyyət müddəti başa çatmış 130-dan çox hakimin fəaliyyəti qiymətləndirilib, ciddi qanun pozuntularına yol verdikləri aşkar edilən 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib”, -məlumatda bildirilir.

Şuranın iclasında deyilib ki, bununla yanaşı 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilib, 15 nəfər isə Ali və Apellyasiya məhkəmələrinə irəli çəkiliblər.
Şura iclsaında vurğulanb ki, 12 hakim intizam məsuliyyətinə cəlb edilib, 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 1 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub.

Şurada qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Samir Mayılovun iş yerinin intizam qaydasında dəyişdirilməsi barədə qərar qəbul edilib, Binəqədi Rayon məhkəməsinin hakimi Mirheydər Zeynalova töhmət verilib, Nəsimi Rayon Məhkəməsinin hakimi Elman İsayevə irad tutulmuş, habelə 1 hakim barədə intizam icraatı başlanıb.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button