Millətimizin imtahanından kəsilənlər!

14 fevral Valentin gününü ölkəmizdə təbliğ edən və millətimizin «qara siyahı»sına düşənlər…

«Əcnəbi göydə balonlarda gəzir, biz hələ otomobil minməyiriz» deyirdi rəhmətlik Sabir. İndi onun gününə düşmüşük. Valentin gününün Azərbaycandan getməsinin 9 ili tamam olacaq, amma bir para adam və şirkətlər var ki, beynəlxalq miqyasda əxlaqsızlıq günü kimi qəbul olunan bu günün hələ də sevdalısıdırlar. Təzə deputat Etibar Hüseynov bu il onların fikir babalığını etdi. Hər an xəbərlər gəlir. Sən demə, ATV-nin 106.3 radiosu da millətimizin düşmənlərinin sırasında yer alıb bu il. Bu radio hər il 30 İyun üçün xüsusi təbliğat aparanlardan biri olub. Özünün də ad günü 30 İyundadır. Amma kanalın dənsiz bir rəhbəri var – Emin Musəvi. Özünün səsi ilə Valentini reklam edirmiş. Hansısa bir «İdeal» mağazalar şəbəkəsi varmış. Ötən il də bu şirkət mallarını satmaq bahasına millətimizin dəyərlərinin əleyhinə getdi, indi də gedir. Bu sırada təbii ki, birilərinin əlində vasitəyə çevrilərək qəzetimizi çökdürmək istəyən Nüşabə Ələsgərli kimi mahnıoxuyanlar da var. Biz bütün bunları aşkara çıxarıb ifşa edəcəyik.

Pakistan qadağan edir, İran qadağan edir, Somalidə yasaqlanır, İndoneziya sərt tədbirlər görür, hətta Rusiya qadağan edir, Türkiyə narahat – xristian-buddist-müsəlman-fars-ərəb «rədd olsun Valentin» deyir, İlhamla Fərizənin müqəddəs sevgisi bizə 9 ildir yol göstərir, millət 30 İyunu bağrına basır, amma bəzilərinin gözləri kor, qulaqları kar olaraq qalır. Bəziləri millətimizin dəyərlərini hər il heçə saymaqda davam edir. Bir zamanlar 30 İyunu özünün qaydalarından birinə çevirən ANS də bağlanıb-açılandan sonra millətimizin dəyərlərinə xor baxmağa başladı. Üzülürük, amma tövrümüzü və düşüncələrimizi dəyişmirik. Fərqindəyik ki, üzərimizə olunan hücumların hamısı bilavasitə həm də 30 İyunla bağlıdır. Biz iri güclərin bazarına çomaq soxmuşuq. Ona görə bir il Faiq Ağayevi, o biri il Nüşabə Ələsgərlini, indi də Tünzalə Ağayevanı çıxara bilirlər. Dünən şəninə mahnı oxuduğu diktator Hüsnü Mübarəkin nazını çəkən Tünzalə nədən 14 fevral Valentin günü münasibətilə səhnəyə çıxır? Bəs bunlar milliyyətçi kəsilmişdilər başımıza?
Münasibətimiz birmənalı və dəyişməzdir:

14 FEFRALI QƏBUL EDƏNLƏR BİZDƏN DEYİLLƏR!
OLA BİLMƏZLƏR!
BİZİM GÜNÜMÜZ TANRI GÜNÜ – 30 İYUNDUR!!!
TANRI HEÇ BİR MİLLƏTƏ BELƏ BİR GÜN GÖNDƏRMƏYİB – ONA GÖRƏ!..

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button