Millət vəkili Bakıda ali məktəblərin yataqxanalarının olmamasından narazılıq edib

Milli Məclisin bu gün keçirilən iclasında Bakı Dövlət Universitetinin, o cümlədən Bakıdakı digər bəzi universitetlərin yataqxanalarının olmaması gündəmə gətirilib.

Xural.com APA-ya istinadən xəbər verir ki, deputat Qənirə Paşayeva bildirib ki, yataqxananın olmaması səbəbindən xeyli gənc bölgədən gəlib ali təhsil ala bilmir, yaxud almaqda çətinlik çəkir.

O, qeyd edib ki, illərdir, məsələ qaldırılsa da, Bakı Dövlət Universitetinin sökülən yataqxanalarının yenisinin heç bünövrəsi qoyulmayıb: “Bu, ciddi problemdir. Belə mötəbər universitetinin yataqxanası yoxdur. Bu səbəbdən rayonlarda olan xeyli gəncimiz təhsil almaqda çətinlik çəkir. Çünki Bakıda kirayə evlərin qiyməti hər kəsə məlumdur”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button