Millətimizi və Şıxəli Qurbanovu Novruz bayramı münasibəti ilə təbrik edirik!

Baharda gözləyin məni…

Mən də hamı kimi qonağam bu dünyada. Amma mən etibarlıyam. Bir gün dünya dəyişsə də, ortaya acı ayrılıq düşsə də, yenə də hər bahar gözləyin məni…

Şıx Əli Qurbanov

Çıxdı Qız qalası mühasirədən,
Özünü tanıyıb oyandı Vətən,
Səməni göyərib, yoxsan yenə Sən,
Novruzun şamları Sənsiz qalıbdır!

Görüm quruyaydı həkimin əli,
Tuta bilməyəydi bu bəd əməli,
Niyə başsız qoydu Vətəni, eli,
Azərbaycan xalqı Sənsiz qalıbdır!

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button