Rubrikalar: GÜNDƏM XuralTAC

Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi-SİYAHI

Avqustun 7-də Rəsulzadə-Elçibəy Yoluna etiqadı olan, Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan şəxslərdən ibarət Milli Hərəkatçılar Birliyi adlı İctimai-Siyasi Maarifçilik Hərəkatı təsis edilib. Bu haqda MHB-nin mətbuat xidmətindən xural.com-a bəyanat göndərilib. Xural.com təsis bəyanatını təqdim edir:

“Artıq yüz ildən çoxdur ki, Güneyli-Quzeyli Bütöv Azərbaycanda milli və insani haqlar uğrunda mübarizə gedir. Bu sürə boyunca xalqımız dəfələrlə ayağa qalxmış və öz milli iradəsini ortaya qoymuşdur. 1991-ci il 18 oktyabrdan bəri bağımsız Azərbaycan Respublikasının varlığı da bu milli iradənin son bəlirtisidir.

Xalqımız hər zaman milli dövlətçiliyin müstəqillik və milli hakimiyyət, azadlıq, ədalət, demokratiya dəyərlərini daim dəstəkləmiş və bəsləmişdir. Ancaq bu yöndə qarşımızı kəsən ciddi iç və dış əngəllər də az deyil. Qarabağ başda olmaqla işğal edilmiş ərazilərimiz, bir milyon qaçqın və köçkün sorunumuz, xalqın rifah səviyyəsinin acınacaqlı durumu, siyasi rejim və yönətimdəki yanlışlıqlar, təkəlçilik, korrupsiyaçılıq, getdikcə dərinləşən ideoloji boşluğun doğurduğu mənəvi böhran, çağa uyğun iqtisadi gəlişmənin yoxluğu vb.  problemlər qarşımızı kəsən əsas əngəllərdir.

Azərbaycanda gerçək bir vətəndaş fəallığının yayılıb ümummilli bir iradəyə çevrilməsi və dövlət-millət bütünləşməsi sorunlarımız içində özəl bir yer tutur. İnanırıq ki, dövlət-millət bütünləşməsi Millətimizin xoşbəxtliyi, Dövlətimizin qüdrəti, Vətənimizin ərazi bütövlüyü baxımından qaçılmaz bir zərurətdir. Bu zərurətin dərindən dərk edilməsi isə xalq içərisində siyasi maarifçiliyin geniş yayılmasından asılıdır.

1988-ci ildə başlayan Milli Hərəkatın yüksəlişi siyasi maarifçilik yönündə önəmli gündəlik təcrübə və nəzəri bilik ortaya qoydu. İndi başlıca məsələmiz bu təcrübə və biliyin yeni nəsillərə ötürülməsidir. Ona görə də, Milli Hərəkatda yetişmiş yaşlı nəsildən və günümüzdə hərəkatçılıq ruhuna yiyələnmiş gənc nəsildən olan insanların bir kəsimi toplanaraq müzakirələr aparmış, ortaq görüş birliyinə gəlib müstəqil bir Milli Hərəkatçılar Birliyi (qısaca: MHB) adlı yeni bir ictimai-siyasi maarifçilik hərəkatı yaratmağa qərar vermişlər. MHB iki böyük yolbayın – M.Ə.Rəsulzadə və Ə.Elçibəyin qoyduğu milli yolda yürüməyi özünün qutsal görəvi bilən və böyük yolbay Ə.Elçibəyin öndərliyini biranlamlı olaraq qəbul edib VƏTƏN, MİLLƏT və DÖVLƏT uğrunda mübarizəyə xidmət edən insanların yaratdığı bir maarifçilik hərəkatıdır.

Milli Hərəkatçılar Birliyi İctimai-Siyasi Maarifçilik Hərəkatı (qısaca: MHB) Təşəbbüs Qrupunun üzvləri bildirir ki, MHB-nin başlıca hədəfləri Azərbaycanda milli dövlətçiliyin bütün atributlarının gerçəkləşməsi, o sıradan demokratik rejim, gerçək seçki yolu ilə seçiləcək milli hakimiyyət, bütöv, güclü Azərbaycanın bölgədə söz yiyəsi bir dövlətə çevrilməsi, xalqın rifah düzeyinin yüksəlməsi, Qarabağ başda olmaqla sorunlarımızın milli mənafeyimizə uyğun çözülməsi və ölkəmizdə barışın, sabitliyin yaranmasıdır. Bu hədəflərin gerçəkləşməsi vətəndaşlıq fəallığından birbaşa asılıdır və MHB Təşəbbüs Qrupu hesab edir ki, həmin vətəndaş fəallığına maarifçilik və dialoq yolu ilə yetmək mümkündür.

MHB yaşından asılı olmayaraq bütün milli hərəkatçıların üzünə açıqdır və onlar bu hərəkata qatılıb öz bacarıqlarına uyğun fəaliyyət göstərə bilərlər.

Sayğılarımızla

Milli Hərəkatçılar Birliyi İctimai-Siyasi Maarifçilik Hərəkatının Təşəbbüs Qrupu üzvləri:

  1. Arif Acaloğlu (MHB sözçüsü)
  2. Ələsgər Siyablı
  3. Arif Rəhimoğlu
  4. Aydın Ələkbərli
  5. Aydın Şükür
  6. Ayvazalı Oruçlu
  7. Aqil Səmədbəyli
  8. Arzuman Cəfərov
  9. Ağası Hun
  10. Ahudar Qurbanov
  11. Akif Borçalı
  12. Abil Babaoğlu
  13. Bayram Abbasov
  14. Cavid Aydın
  15. Dilavər Əzimli (Dr.)
  16. Elçin Abdullayev
  17. Eldar Sübhanverdiyev
  18. Elmar Həsənli
  19. Elnur Nazimoğlu
  20. Elnur Paşa
  21. Elşən Əlisoy
  22. Etibar Qərib
  23. Əkbər Nəcəf (Dr.)
  24. Əli Mustafa
  25. Əmirağa Basqallı
  26. Faiq Ələkbərli (Dr.)
  27. Fəqan Yaqubov
  28. Fərid Əlibəy
  29. Hacı Zakir Quliyev
  30. Hüseyn Əliyev
  31. İlqar Salmanoğlu
  32. İlyas Abdullayev
  33. İsmixan Fərəcov
  34. İsrafil Həsənov
  35. Qələndər Muxtarlı
  36. Qorxmaz İbrahimli
  37. Mahmud Əhmədli
  38. Mail Bağırov
  39. Malik Bayramlı
  40. Məzahir Məmmədov –
  41. Mirhadi Yusuflu
  42. Müxrəddin Borçalı
  43. Naib Ələkbərov
  44. Namiq Talıbov
  45. Natiq Ələsgərli
  46. Nizami İsmayılbəyli
  47. Nurəddin İsmayıl
  48. Orxan Tağıyev
  49. Oruc Muradov
  50. Raqib İsmayıllı
  51. Ramazan Aras
  52. Rəhim Sulduzlu
  53. Rəvan Bağırlı
  54. Rüfət Muradlı
  55. Seyid Mirfeyzulla
  56. Səlim Muradov
  57. Şahnaz Ələgərli
  58. Şamil Məmmədli
  59. Şeyda Nəsibli
  60. Şəmsəddin Cəmiyev
  61. Şəmsəddin Rəhimli
  62. Telman Verdiyev
  63. Teymur Eminbəyli
  64. Təvəkkül Süleymanlı
  65. Vaqif Almuradlı
  66. Vəkil Şahbazlı
  67. Vəli Hümmətoğlu
  68. Vüqar Abdulla
  69. Vüsal Əfəndi
  70. Yasəmən Qaraqoyunlu
  71. Yaşar Əsədov
  72. Zahir Əlisoy”

Xural.com

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Tofiq Yaqublunun işi üzrə bu gün təcili məhkəmə olacaq

Tofiq Yaqublu barəsindəki hökmdən verilən şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Bu barədə onun vəkili  Elçin Sadıqov məlumat yayıb.…

18 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Əhəd Abıyev müavinini İŞDƏN ÇIXARDI

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müavinini işdən çıxarıb. Unikal.org-un əldə etdiyi məlumata görə, Əhəd Abıyevin əmri ilə Daşkəsən…

16 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Mübariz Mənsimov məhkəmədə ifadə verdi

Sentyabrın 15-də İstanbul Ağır Cəza Məhkəməsində FETÖ terror təşkilatı ilə əlaqədə ittiham olunan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri…

16 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Bu gündən Bakı metrosu açılır

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bu gün saat 06:00-dan Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir. Xural.com xəbər verir ki, 2020-ci il…

14 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

İqbal Ağazadə: “Ya hakimiyyətdən gedəcəklər, ya da…”

“Ya normal bir məcraya keçid edəcəyik, ya da çox böyük kataklizmlər olacaq. Normal məcraya keçmək üçün hakimiyyət ciddi addımlar atmalı,…

13 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov lüks villasında istirahət edir

Türkiyədə müalicə olunduğu deyilən Prezidentin sabiq köməkçisi Əli Həsənovun qaldığı yer məlum olub.  Xural.com Demokrat.az-a istinadən xəbər verir ki, hazırda…

11 Sentyabr 2020
Xural.COM