Milli Məclis Ramiz Rzayevlə bağlı qərar verdi

Milli Məclisin plenar iclasında Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsi məsələsinə baxıb.

Layihəni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. O bildirib ki, “Məhkəmə Hüquq Şurası” haqqında qanunun keçid müddəalarIna əsasən qurum pensiya yaşına çatmış hakimlərin səlahiyyət müddətinin 70 yaşınadək artırılması ilə bağlı təqdimat verilə bilər. Bu təqdimata əsasən, Prezident İlham Əliyevin imzası ilə R.Rzayevin yenidən hakim təyin edilməsi ilə bağlı parlamentə layihə daxil olub.

Deputatların səsverməsi ilə Ali Məhkəmənin hakimi səlahiyyətləri müddəti 2018-ci il fevralın 25-də bitən Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin olunub.

R.Rzayev 2005-ci ildə Ali Məhkəmənin sədridir.

Parlament həmçinin ndan başqa, Qasım Əliyevin Naxçıvan MR Ali Məhkəməsinin Hərbi Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı layihəni də təsdiqləyib.(bizimyol)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button