Milli Məclisdə növbəti büdcə müzakirələri başladı

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Virtualaz.org-un məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantıda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi davam edir.

İclasda Baş nazir Əli Əsədov da daxil olmaqla hökumət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri isə 25 427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 %-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 % çoxdur. 2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 %) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və yaxud 3,8 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9 % çoxdur.

Milli Məclisin bugünkü iclasının gündəliyində ümumilikdə 17 məsələ var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button