Milli qəhrəman Çingiz Mustafayev adına Fond “İlin Jurnalisti” nominasiyasi üzrə müsabiqə elan edib

Azərbaycanın sözünün və səsinin peşəkarcasına yayılmasına dəstək olaraq, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond milli medianın inkişafı, jurnalistlərin həvəsləndirilməsi və istedadlı mütəxəssislərin tanıdılması məqsədilə “İLİN JURNALİSTİ” nominasiyası üzrə müsabiqə elan edib. 

Müsabiqənin əhatə etdiyi dövr:
Müsabiqə elan olunan günədək son 1 ildə yayımlanmış və ya dərc olunmuş material təqdim edilir.

Müsabiqədə iştirak edə bilər:
Müsabiqədə kütləvi informasiya vasitələrində çalışan və müstəqil fəaliyyət göstərən jurnalistlər, reportyorlar, rejissorlar, operatorlar, fotoqraflar və aparıcılar iştirak edə bilərlər.

Müsabiqəyə müraciət forması:
Sənədlər və materiallar Çingiz Mustafayev adına Fonda təqdim edilməlidir.

Müsabiqədə hər nominasiya üçün bir yer və bir mükafat nəzərdə tutulub:

  1. a. İlin Ən Yaxşı Videoreportyoru Televiziyada
  2. b. İlin Ən Yaxşı Videoreportyoru Sosial Mediada
  3. İlin Ən Yaxşı Televiziya Filmi
  4. İlin Ən Yaxşı Audioreportyoru
  5. a. İlin Ən Yaxşı Jurnalist Məqaləsi Çapda
  6. b. İlin Ən Yaxşı Jurnalist Məqaləsi Sosial Mediada
  7. İlin Ən Yaxşı Operatoru
  8. İlin Ən Yaxşı Fotoqrafı
  9. a. İlin Ən Yaxşı TV Aparıcısı (Qadın)
  10. b. İlin Ən Yaxşı TV Aparıcısı (Kişi)

Münsiflər heyətinin tərkibi aşağıdakılardır:

Mais Məmmədov, Vahid Mustafa yev, Reza Diqqəti, Oqtay Mirqasımov, Ramiz Fətəliyev, Vasif Babayev, Sevda Həsənova, Lev Əsgərov, Seyfulla Mustafayev, Şəfiqə Məmmədova, Fəxrəddin Manafov, Yuri Varnovski

Mükafatlandırma:

Hər bir mükafat üçün 1 000 (bir min) manat nəzərdə tutulub. Bundan.   Dəqiq Mexanizmlər İstehsalçısı olan “VMF Natural Frequencies” fabrikasının xüsusi olaraq bu tədbir üçün hazırlanmış xatirə saatları da təqdim olunacaq.

Müsabiqənin şərtləri:

  1. Müsabiqəyə yalnız elan olunmuş nominasiyalara dair materiallar qəbul ediləcək.
  2. Müsabiqəyə materiallarln qəbuluna dair son tarix 20 Avqust 2021-ci ildir.

İşləri təqdim etmək üçün materiallar wetransfer.com-la yüklənə bilər, həmçinin istənilən daşıyıcıda verilə bilər. Formatlar: Mp4, Mp3, WAV, Jpg.
E~mail ünvanı: info@chingizmustafayev.org

Təqdimat məktubunda nominant təqdim edən şəxsin əlaqə vasitələri yer almalıdır:

  1. Adı, Soyadı
  2. Yaşadığı ünvan
  3. Ev və ya iş telefonu
  4. Mobil telefonu (whatsapp və ya telegram olan)
  5. E-mail ünvanı

Qaliblər Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günündə – 29 avqust 2021-ci il tarixdə elan ediləcək.

Əlaqə telefonu: (012) 345 45 08, (051) 206 42 70

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button